Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlin ən dəbdəbəli toyu sabah olacaq
İlin ən dəbdəbəli toyu sabah olacaq
22 Oktyabr 2013 / 16:55 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Sabah ilin ən dəbdəbəli, bahalı və möhtəşəm toylarından biri başlanacaq.İndoneziya sultanı 10-cu Hamengkubuvononun dördüncü qızı Qusti Ratu KanjenqHayu ərə gedir. Milli.az bildirir ki, 29 yaşlı şahzadə Qusti 39 yaşlı Kanjenq Panqeran Haryo Notoneqoro ilə ailə qurur.

Sultanın sonbeşiyi Qusti ilə Panqeran ABŞ-da, universitetdə təhsil almağa başladıqları zaman tanış olublar. 10 illik tanışlıqdan sonra onlar evlənmək qərarına gəliblər və bu qərarın gerçəkləşməsinə sultan icazə verib.  Sultanın Kraton sarayının “Bangsal Keputren” səmtində “Siraman” mərasimi keçirilib.  Sultanın qızı hazırda Nyu-Yorkda yaşayır və təzə bəylə birlikdə Birləşmiş Millətlər Təşkilatında çalışır.  Bəylə gəlin və onları müşayiət edənlərin 12 kral karetası ilə yollanacağı toya 750 qonaq dəvət olunub. Saraydakı toydan sonrakı ziyafətə 1500 qonaq çağırılıb.  Sabah başlanacaq toya çəkilən xərcin məbləği açıqlanmır. Lakin İndoneziya mediası bildirir ki, Kraton sarayındakı toy ilin ən bahalı toyu olacaq.
1948-ci ildə doğulmuş sultan həm də əyalət qubernatorudur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə