Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Siyavuş Novruzov istefa proqnozları verdi
Siyavuş Novruzov istefa proqnozları verdi
22 Oktyabr 2013 / 15:40 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov hesab edir ki, Milli Şuranın, o cümlədən digər müxalifət partiyalarının sıralarından başlanan istefalar hələ davam edəcək.

S.Novruzov Trend-ə bildirib ki, Milli Şurada təmsil olunan partiyalar bu seçkilərdə öz namizədlərinin nə qədər uğursuz, zəif olduğunun, seçicilər tərəfindən dəstəklənmədiyinin bilavasitə şahidi oldular: “Halbuki insanlara bu və ya digər yalan vədlər verməklə, iqtidarın üzərinə qarayaxmalar, böhtanlar atmaqla, müxtəlif təhqirlərə yol verməklə elə bilirdilər ki, kimsə gəlib bunlara səs verəcək. Lakin Azərbaycan xalqı öz müdrikliyini göstərərək Yeni Azərbaycan Partiyasının namizədinə səs verdi və növbəti beş il müddətinə ölkə prezidenti seçdi”.

S.Novruzovun sözlərinə görə, Milli Şurada xarici təşkilatlar, şirkətlər və qüvvələrdən əldə olunan vəsaitlər bir neçə nəfərin arasında bölünüb və orada olan digər şəxslər məlumatlıdırlar ki, az sayda partiya rəhbərləri bu vəsaitləri bölürlər: “O biri partiyalara vəsaitlər çatmadığına görə onlar oradan istefa verib çıxırlar. Milli Şuraya ayrılan vəsaitlər orada qalan partiyaların ancaq birinci şəxsləri və onlara yaxın olan bir neçə şəxs tərəfindən mənimsənilir. Buna görə, elə həmin partiyalardan da istefalar olacaq”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə