Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əli Kərimlinin qərargahı geri alınır
Əli Kərimlinin qərargahı geri alınır
22 Oktyabr 2013 / 18:28 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

AXCP-nin qərargah üçün icarəyə götürdüyü mülkün sahibinə təzyiqlər başlayıb. Bu barədə Modern.az saytına AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.

“Bizdə olan məlumata görə hakimiyyət həmin mülkün sahibinə təzyiqlər edir ki, qərargahı AXCP-dən geri alsın”, – deyə partiya funksioneri bildirib.

Xatırladaq ki, AXCP yeddi il qərargahsız fəaliyyət göstərsə də, 2013-cü ilin oktyabr ayının əvvəlində bu problemi həll edə bilib. Partiya Açıq Cəmiyyət Partiyasının (ACP) Təbriz küçəsində yerləşən əvvəlki qərargahını icarəyə götürüb. AXCP rəhbərliyinin bu binanın icarə haqqı üçün hər ay 2500 manat ödəyəcəyi qeyd olunub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə