Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-dakı yəhudilər Qubaya qayıdır
ABŞ-dakı yəhudilər Qubaya qayıdır
22 Oktyabr 2013 / 19:06 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Uzun illər əvvəl Qubadan köçərək dünyanın müxtəlif ölkələrinə, o cümlədən də ABŞ və İsrailə köçən dağ yəhudiləri yenidən Qubaya qayıtmaq istəyirlər. Verilən məlumatda deyilir ki, bir müddət öncə Anastasiya Nester, Kerkasova Sapri, Omar Davudov və onlarla birlikdə 15-ə yaxın əslən Qubadan olan, amma hazırda ABŞ-ın müxtəlif ştatlarında yaşayan dağ yəhudiləri Qubaya gəliblər.

Anastasiya Nester Vətəninfo.az-ın müxbirinə bildirib ki, onları Qubaya gətirən səbəb son illər Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin Qubaya olan diqqət və qayğısı və Qubada həyata keçirilən quruculuq işləridir: “Biz Qubanın tarixini və mənədiyyətini özündə birləşdirən Alma bayramının internet şəbəkələrində necə keçirildiyini və bu bayramda Qubanın dağ yəhudilərinin milli və mədəni irsini necə tanıtmalarının şahidi olduq.

Qərara gəldik ki, uzun illər bundan öncə bu topraqlardan köç edib getsək də, yenidən vətənimizə dönüb həm ata və analarımızın, nənə və babalarımızın qəbirlərini ziyarət edək, həm də Qubanın yeni simasını yaxından izləyək”. Omar Davudov isə bildirib ki, o, gördüklərinin qarşısında heyrətini gizlədə bilməyib: “Bu bir möcüzədi. Burda görülən işlər Qubanı dünyanın ən gözəl məkanlarından birinə çevirib.

Səmimi deyirəm, Quba dünya turizm mərkəzi olmaq yolunda bir çox şəhərlərlə rəqabət apara biləcək gücdədi. Burda doğulub, buranın suyunu, havasını udduğuma və köklərimin bura bağlı olduğuna görə özümü xoşbəxt hiss edirəm. Yəqin ki, burda yaşamaq haqqında artıq fikirləşməyə dəyər. Çünki, Azərbaycan dövləti Qubanı tamamilə müasir dünyaya qovuşdurub.

Bu işdə ölkə prezidenti İlham Əliyevin və rayon rəhbərliyinin xidmətləri danılmazdı. Biz dağ yəhudiləri olaraq gördüyümüz mənzərədən heyran qaldıq”. Qeyd edək ki, hər il Quba Şəhər İcra Hakimiyyəti və İH-nin başçısı Mübariz Ağayevin birbaşa təşəbbüsü və iştirakı ilə Qubada Alma Bayramı təmtəraqlı və yüksək səviyyədə təşkil olunur. Keçirilən festivalda Qubanın bütün etnik nümayəndələri yaxından iştirak edirlər ki, bu da festivalın ümumi rəngini daha da gözəlləşdirir.

Amil
arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə