Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əli Əhmədov YAP-dakı vəzifəsində qalacaq
Əli Əhmədov YAP-dakı vəzifəsində qalacaq
23 Oktyabr 2013 / 11:12 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Əli Əhmədov baş nazirin müavini olmaqla yanaşı (Əli Əhmədov baş nazirin müavini oldu) Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi vəzifəsində də qalacaq, bundan sonra da partiyanın işinə rəhbərik edəcək”. Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı “Media forum” saytına belə deyib.

Deputat qeyd edib ki, Əli Əhmədov istənilən işi yerinə yetirməyə hazır və qadir kadrdır: “Mən on dörd ilə yaxındır partiyada onunla birlikdə işləyirəm. Əli Əhmədovun təşkilatçılıq qabiliyyəti, ictimai-siyasi prosesləri dərindən bilməsi, xüsusən də prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsində çox böyük inamla çalışması, bu işlərdə xüsusi əməyinin olması ona yeni-yeni uğurlar gətirəcək.

Digər tərəfdən isə baş nazirin müavini vəzifəsini tutmaq partiyanın idarəçiliyini həyata keçirməyə mane olmayacaq. Əli Əhmədov baş nazirin müavini kimi həm də YAP-ın fəaliyyətinə rəhbərlik edə, cari işləri görə bilər. Hesab edirəm ki, belə də olacaq. Dünyanın bir sıra ölkələrində partiyanı idarə edən şəxslər hökumətdə ən ali vəzifə tuturlar. Ona görə də burada heç bir ziddiyyət yoxdur. Əli Əhmədovun bundan sonra da partiyanın işinə rəhbərik etməsi daha məntiqlidir”.

Mübariz Qurbanlı bildirib ki, YAP-ın nizamnaməsinə əsasən, sədr müavinləri, icra katibi yalnız qurultayda seçilir.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə