Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Aqrolizinq” ASC-nin filial müdiri həbs olundu
“Aqrolizinq” ASC-nin filial müdiri həbs olundu
23 Oktyabr 2013 / 11:15 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

“Aqrolizinq” ASC-nin İmişli rayon “Aqroservis” filialında yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, cəmiyyətin İmişli rayon filialının müdiri Razi Talıbzadənin, ASC tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması üçün təhvil verilmiş və filialın anbarında saxlanılan 835.5 min manat dəyərində 9569 ton müxtəlif növ mineral gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satmaqla ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə