Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şeyx Putinə təşəkkür etdi
Şeyx Putinə təşəkkür etdi
23 Oktyabr 2013 / 12:31 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Rusiya dünya miqyasında müsəlmanların yüksək hörmətini və etimadını qazanıb”.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, bunu QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Ufa şəhərində keçirilən Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin 225 illiyinə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı bildirib.

O deyib ki, Rusiya İslam dünyasına və mədəniyyətinə ehtiramla yanaşır: “Bu, özünü Suriya məsələsinin siyasi həlli zamanı göstərib. Biz müsəlmanlar Vladimir Vladimiroviçə bu sülhməramlı missiyaya görə dərin təşəkkürlərimizi bildiririk.

Rus Pravoslav Kilsəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirərək biz patriarx Kirill ilə xalqlarımızın və dövlətlərimizin xeyrinə, MDB ölkələrində konfessiyalar və xalqlararası sülhün möhkəmləndirilməsinə xidmət edən əməkdaşlığımızı daha da dərinləşdirmək niyyətindəyik”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə