Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ad günündə yeni nazirin təqdimat mərasimi keçirildi
Ad günündə yeni nazirin təqdimat mərasimi keçirildi
23 Oktyabr 2013 / 12:54 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Prezidentin sərəncamı ilə yeni kənd təsərrüfatı naziri təyin edilmiş Heydər Əsədovun hazırda təqdimat mərasimi keçirilir. Modern.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyində keçirilən mərasimdə qurumun bütün vəzifəli şəxsləri toplaşıb.

Xatırladaq ki, nazir vəzifəsinə təyin olunana qədər Heydər Əsədov Hesablama Palatasının sədri vəzifəsini icra edirdi.

Qeyd edək ki, bu gün Heydər Əsədovun həm də ad günüdür. O, 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilmiş, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifələrində işləyib. 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninin kavaleridir (2011).

Ailəlidir, üç övladı var.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə