Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elşad Abdullayevin prokuror qardaşı Ali Məhkəməyə şikayət etdi
Elşad Abdullayevin prokuror qardaşı Ali Məhkəməyə şikayət etdi
23 Oktyabr 2013 / 14:10 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Bakı Apelyasiya Məhkəməsində iş adamı Arzu Kazımovun apelyasiya şikayəti əsasında bu günə təyin olunan məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.

APA-nın xəbərinə görə, buna səbəb Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevin qardaşı Elsevər Abdullayevin prosesin baxış iclasının qərarından verdiyi kassasiya şikayəti olub.

Qeyd edək ki, bir müddət əvvəl Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun barəsində olan hökmdən verdiyi apelyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Həmin vaxt Elsevər Abdullayevin Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində qəbul etdiyi xüsusi qərardadla bağlı apelyasiya şikayətinə də baxılıb. Onun nümayəndəsi qərardadın ləğv edilməsini məhkəmədən xahiş edib. Həmin məsələyə münasibət bildirən dövlət ittihamçısı isə bu məsələ ilə bağlı apelyasiya şikayətinin verilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını xatırladıb və şikayətin rədd olunmasını xahiş edib. Məhkəmə E. Abdullayevin şikayətini rədd edib. Həmin qərarla razılaşmayan E. Abdullayev isə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Həmin müraciətə baxıldıqdan sonra A. Kazımovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdiriləcək.

Onu da qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arzu Kazımov 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Elsevər Abdullayevin barəsində isə xüsusi qərardad çıxarıb. Belə ki, onun əməllərinin araşdırılıb, qiymət verilməsi üçün məhkəmə qərardadın Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib. Lakin A. Kazımov barəsində olan hökm hələlik qanuni qüvvəyə minmədiyindən qərardadla bağlı hissə icra olunmayıb.

Elsevər Abdullayev Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsində şöbə prokuroru vəzifəsində çalışır.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə