Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putin yenə müsəlmanlardan danışdı – (Video)
Putin yenə müsəlmanlardan danışdı – (Video)
23 Oktyabr 2013 / 15:26 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4
Rusiya prezienti onların Rusiya dövlətinin güclənməsində əvəzolunmaz rol oynadığını söyləyib
Başqırdıstanın paytaxtı Ufada Rusiya Mərkəzi Ruhani idarəsinin 225 illiyi təntənə ilə qeyd olundu. Budəfəki toplantının əvvəlkilərdən fərqi dövlət səviyyəsində qeyd olunması və Rusiya prezidenti Vladimir Putinin də burada iştirak etməsi idi. Toplantı iştirakçıları əvvəlcə Başqırdıstanın Milli Mclisində Rusiyada İslam və dövlət mövzusunda elmi-praktiki konfrans kecirdilər. Mərkəzi Ruhani İdarəsinin başçısı, Rusiyanın baş muftisi Talqat Tacuddin bu cür konfransların müsəlman ümmətinin vahidliyinin bərpasına tövfə verdiyini deyib. Muftinin çıxışından sonra Mərkəzi Ruhani İdarəsinin 225-il dönümünə həsr olunan təntənəli yıqıncaq açıq elan edilib. Və onu Rusiya prezidenti Vladimir Putin açıb.
Çıxışını Volqoqradda baş vermiş terror aktı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən başlayan Putin terror aktlarında müsəlmanların da qurban olduğunu xatırladıb. O hələ 1788 ci ildə Ruhani İdarəsinin yaradılması ilə İslam dininin Rusiyanın ənənəvi dinlərdən biri kimi qəbul olunduğunu və müsəlmanların Rusiya dövlətinin güclənməsində əvəzolunmaz rol oynadığını söyləyib: “Ənənəvi dinlərin nümayəndələrin qarşılıqlı hörmət əsasında olan dialoq bizim ruhani vahidliyimizi formalaşdırıb. İslam Rusiya mədəniyyətinin parlaq elementlərindən biridir. Rusiya tarixinin ayrılmaz bir hissəsidir”.
Mərkəzi Ruhani İdarəsinin başçısı Talqat Tacuddin isə 225 il əvvəl imperatriçça II Yekaterina tərəfindən imzalanan fərmanla İslamın Rusiyanın qanunvericilik və hüquq müstəvisində adaptasiya etməyə başladığını deyib. İslam əməkdaşlıq təşkilatının baş katibi Ekmələddin Ehsanoğlu İslamın adından istifadə edib terror aktlarını həyata keçirənləri müsəlman dini ilə əlaqələndirmək cəhdlərini yolverilməz adlandırıb.
Sonra Azərbaycan prezidenti İlham Əliyevin Mərkəzi Ruhani İdarəsinin yaradılmasının 225 ildönümünə həsr olunmuş təbrik məktubu oxunub. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə çıxışında Rusiyanın müsəlman dünyasına yaxınlaşmasının özünəməxsus olduğunu və bu səbəbdən müsəlmanlar arasında böyük hörmət qazandığını deyib.
Şeyxulislam Hacı Allahşükür Paşazadənin sözlərinə görə, Rusiyanın özəlliyi onun yüksək səviyyədə fundamental mənəvi dəyərlər və ənənələrə bağlı olmasıdır.
Budəfəki yubileydə Avropa Yaxın Şərg İndoneziya, Çin, Yaponiya daxil olmaqla 30 ölkədən 500-dən çox elmi, dini və ictimai xadimlər iştirak edib.
arxiv.bizimxeber.az



Putin yenə müsəlmanlardan danışdı – (Video) yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə