Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Şpigel”in keçmiş baş redaktoru ARDNŞ-ə satılmaqda ittiham olunur
“Şpigel”in keçmiş baş redaktoru ARDNŞ-ə satılmaqda ittiham olunur
24 Oktyabr 2013 / 13:46 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Almaniyada Ştefan Austun Azərbaycan haqda çəkdiyi sənədli filmə qarşı kəskin tənqidlər səslənir

Almaniyanın nüfuzlu “Şpigel” jurnalının keçmiş baş redaktoru, hazırda televiziya jurnalisti kimi faliyyət göstərən Ştefan Aust Azərbaycan haqda çəkdiyi sənədli filmə görə kəskin tənqid olunur.

Virtualaz.org saytı alman mediasına istinadən xəbər verir ki, Ş.Austun “Odlar ölkəsinə gedən yolda – naməlum Azərbaycan” adlı 45 dəqiqəlik sənədli filmi hələ ötən il Bakıda keçirilən “Eurovision” mahnı yarışması ərəfəsində çəkilib.

Müəllif filmdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun və ARDNŞ (SOCAR) rəsmilərinin müsahibələrinə yer verir. Filmdə Azərbaycanın tarixindən, bu ölkənin iqtisadi və siyasi nailiyyətlərindən, regiondakı əhəmiyyətindən danışılır.

Bəs ötən il çəkilən və Almaniyanın “N 24” telekanalında nümayiş etdirilən filmə görə tənqidlər niyə indi başlayıb?

Belə məlum olur ki, Azərbaycandakı prezident seçkilərindən sonra film “N 24” telekanalında təkrar nümayiş olunub. İnsan haqları müdafiəçiləri filmi “sifarişli” adlandıraraq deyirlər ki, “Şpigel”in keçmiş baş redaktoru Azərbaycan hakimiyyətini reklam edib, jurnalist etikasını pozub və ölkədə insan haqları problemlərinə, azadlıqların məhdudlaşdırılmasına yer ayırmayıb.

Almaniyanın bir neçə aparıcı qəzeti, o cümlədən “Düsseldorfer Abendblatt”, “Süddeutsche.de“  Ş.Austun filmini tənqid edən məqalələr dərc ediblər. Alman mediası yazır ki, filmin sponsoru ARDNŞ-dir. Ş.Aust özü bu ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumunda ARDNŞ rəhbərliyi ilə bir yerdə görünüb.

Berlindəki Elm və Siyasət Fondunun Qafqaz üzrə eksperti Uve Halbax deyir ki, filmdə balanslı iş yoxdur və Azərbaycan üçün piar məqsədi daşıyır. Ekspert deyir ki, filmdə Azərbaycanın siyasi sistemi, hakimiyyətlə müxalifət arasında münasibətlərə faktlara yer verilməyib.

AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə keçmiş məruzəçisi Kristofer Ştrasser isə filmi “amoral” adlandırıb və onun jurnalist etikasından uzaq olduğunu bildirib.

Hazırda Almaniyada yaşayan blogger Emin Milli isə iddia edib ki, bu film üçün Ştefan Austa Bakıda yaxşı pul veriblər.

Məlum olur ki, əslində bu filmlə bağlı tənqidlərin arxasında da Almaniyada Azərbaycana qarşı neçə vaxtdır kampaniya aparan çevrələr dayanır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə