Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gömrükçülər qiyməti qaldırdılar – (Fotolar)
Gömrükçülər qiyməti qaldırdılar – (Fotolar)
24 Oktyabr 2013 / 13:52 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycanın qərb çıxıışı sayılan “Sınıq körpü” buraxılış məntəqəsində artıq bir neçə gündür ki, kartof məhsulunun ölkəmizə idxalında problemlər yaşanır. Buna səbəb rüsumun 2 dəfə qaldırılmasıdır. Bunu kartof daşıyan mal sahibləri deyiblər .

Şikayətçilər Azərbaycan tərəfə toplaşan mal sahiblərinin Gürcüstan ərazisində növbələr gözləyən sahibkarlardan dəfələrlə az olduğunu bildiriblər. Elə sahibkarlar da problemin Azərbaycan gömrüyündə olduğu qənaətindədirlər.İndi sahibkarları narahat edən əsas məsələ məhsulun zay olmasıdır. Zərərçəkənlər bildiriblər ki, belə getsə bir neçə günə kartof sıxlıqdan elə yük maşınının içərisindəcə xarab olacaq.Sahibkarlar bildiriblər ki, Gürcüstan gömrüyünə daxil olmayan yük maşını sahiblərinin çıxış yolu var. Onlar məhsulu geri qaytara bilərlər.

Lakin Azərbaycan tərəfə keçmiş yük maşınlarının çıxış yolu ya məhsulu gömrük məntəqəsində ağzı möhürlü saxlamaq, ya da deyilən rüsümü ödəməkdir. Bu isə kartofun maya dəyərindən baha başa gəlir .Gömrüyü keçən şikayətçidən biri dəqiq rüsumun hələ də bəlli olmadığını və kartofun hər tonuna 300 dollar ödədiyini deyib: “Hər tonuna 300 dollar ödəmişik, deyirlər xoşuna gəlmir, sür maşını dala”.“Sınıq körpü“ buraxılış məntəqəsinin rəisi Ceyhun İbrahimov məsələ ilə bağlı ilk olaraq rüsum artımını təkzib etsə də, daha sonra gömrük rüsumunun 50 dollar qalxdığını deyib.Şikayətçilər isə bir həftə bundan əvvəl kartofun bir tonu üçün 100 dollar ödədiklərini deyirlər. Gömrük postunun rəisi isə bunun əksini iddia edir. Onun sözlərinə görə, kartofun bir tonu bir həftə əvvəl 200 dollara idi.

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə