Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Netçalanın sabiq memarına sabah cəza kəsiləcək
Netçalanın sabiq memarına sabah cəza kəsiləcək
24 Oktyabr 2013 / 15:36 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Prokuror Rüstəm Tahirova 8.6 il iş istədi

Bu gün Lənkənar Ağır Cinayətlər Məhkəməsində Neçtçalanın sabiq memarı Rüstəm Tahirovun işi üzrə məhkəmə prosesi keçirilib. arxiv.bizimxeber.az-a verilən məlumata görə, dövlət ittihamçısı məhkəmədən Tahir Rüstəmova 8 il 6 ay müddətinə həbs cəzası istəyib. Sabiq memarın vəkili isə məhkəmə hakimindən vaxt istəyərək, prosesi uzatmağa çalışsa da, hakim məhkəmə prosesinə sabah (25 oktyabr) son qoyulacağını və qərarın sabah verilicəyini bildirib.

Xatırladaq ki, Neftçala şəhərinin baş memarı Rüstəm Tahirov Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 178.3-cü (dələduzluq) maddələri ilə təqsirli bilinir.

Qeyd edək ki, R. Tahirov barəsində cinayət işi bir neçə sahibkarın şikayəti əsasında başlanıb. Belə ki, R. Tahirov rayonda sahibkarlıqla məşğul olan şəxslərə məxsus ticarət obyektlərinin sökülməsinə göstəriş verib. Obyektlərinin sökülməməsi müqabilində onlardan pul tələb edildiyi üçün həmin sahibkarlar şəhərin baş memarından prokurorluğa şikayət ediblər. Sahibkarın şikayəti araşdırılıb və fakta hüquqi qiymət verilib.

arxiv.bizimxeber.az



Netçalanın sabiq memarına sabah cəza kəsiləcək yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə