Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İlham Əliyevə sui-qəsd hazırlanır” – ŞOK İDDİA
“İlham Əliyevə sui-qəsd hazırlanır” – ŞOK İDDİA
24 Oktyabr 2013 / 16:21 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Daşqın Gülməmmədov: “Məqsəd “inqilab tamaşası”nı səhnələşdirməkdir”

“Özəl mənbələrdən mənə məlum olub ki, Azərbaycan prezidenti İlham Əliyevə sui-qəsd hazırlanır. Sui-qəsddə məqsəd “inqilab tamaşası”nı səhnələşdirməkdir. Plana görə, bu inqilab sonradan genişlənərək Qazaxıstan, Türkmənistan və Özbəkistanı da bürüməlidir”.

Virtualaz.org saytının xəbərinə görə, bu sensasion bəyanatla Ukrayna Türk-Qaraqalpaqları Milli Şurasının sədri Daşqın Gülməmmədov çıxış edib. Bu məlumatı Gürcüstanın saqinform.ge informasiya agentliyi yayıb.

“Bəzi dairələr Azərbaycanda da “ərəb baharı” prosesləri sayaq inqilab törətməyə çalışırlar. Həmin dairələr daha sonra bu inqilabı yuxarıda adıçəkilən Orta Asiya ölkələrinə, daha sonra isə Rusiyaya ixrac etmək istəyirlər. Azərbaycanın xüsusi xidmət orqanları təcili olaraq xüsusi müvafiq tədbirlər görməlidir. Sonra gec ola və bunun nəticələri bütün Cənubi Qafqaz və Orta Asiya regionu üçün fəlakətli ola bilər” – deyə D.Gülməmmədov bildirib.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə