Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rabitə Nazirliyinin işçisi özünü asdı
Rabitə Nazirliyinin işçisi özünü asdı
25 Oktyabr 2013 / 13:23 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Poçt müdiri intihar edib. Hadisə Bərdə rayonunda baş verib. Rayon Prokurorluğundan AzNews.az-a verilən məlumata görə, Mustafaağalı kənd sakini Nazir Behbud oğlu Seyidov dünən saat 14 radələrində özünü evinin həyətindəki yarımçıq tikilinin çardağından asıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb. Prokurorluğun işi araşdıran müstəntiqi Famil Axundov bildirib ki, 1956-cı il təvəllüdlü N.Seyidov ağır xəstəlikdən əziyyət çəkib: “Faktla bağlı istintaq davam edir.

Yaxınlarının sözlərinə görə, N.Seyidov ağciyərin açıq vərəmi və hepatit C-dən əziyyət çəkirmiş. Bunu xəstəxanalardan verilən sənədlər də təsdiq edir. Hadisə yerinin və meyitin müayinəsi keçirilib. Meyit üzərində hər hansı zorakılıq əlamətləri yoxdur. Yeganə zədə boğazında olan kəndir izidir. Lakin son sözü istintaqın yekununda deyə bilərik. Faktın araşdırması davam edir”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə