Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda 24 yaşlı oğlan 35 yaşlı sevgilisini “girov” götürdü
Bakıda 24 yaşlı oğlan 35 yaşlı sevgilisini “girov” götürdü
25 Oktyabr 2013 / 13:33 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Bakı şəhərinin Sabunçu rayonu ərazisində 24 yaşlı oğlan qeyri-rəsmi nikah münasibətində yaşadığı qadını girov götürüb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyova küçəsi bina 17, mənzil 41 ünvanında qadının işgəncəyə məruz qalması barədə polisə məlumat daxil olub.

Polis qrupu dərhal həmin ünvana gəlib. Məlum olub ki, 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən mənzildə iki nəfər –  1978-ci il təvəllüdlü Gülzar Əhməd qızı Zərbəliyeva və onun qeyri-rəsmi həyat yoldaşı, 1989-cu il təvəllüdlü Emin Fariz oğlu Nuriyev var. Polisin tələbinə baxmayaraq E.Nuriyev qapını açmaqdan imtina edib. Polis qapının açılması üçün Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə müraciət edib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşlarının mənzilə daxil olmalarına köməklik göstərib. Polisə müqavimət göstərən və özünü öldürəcəyini deyən 24 yaşlı E.Nuriyev zərərsizləşdirib və polis idarəsinə aparılıb. Əli-qolu bağlanmış və vəhşicəsinə döyülmüş 35 yaşlı qadın isə xilas edilib. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Məlumata görə, hadisəni törətmiş E.Nuriyev əvvəllər məhkumluq həyatı yaşayıb. O, bir neçə ay əvvəl G.Zərbəliyeva ilə tanış olub və aralarında isti münasibətlər yaranıb. Qadının işgəncəyə məruz qalmasını isə polisə onun anası bildirib.

arxiv.bizimxeber.az



Bakıda 24 yaşlı oğlan 35 yaşlı sevgilisini “girov” götürdü yazısına 2 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə