Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Zakir Həsənov Müdafiə Nazirliyində “köhnə”lərə divan tutdu…”
“Zakir Həsənov Müdafiə Nazirliyində “köhnə”lərə divan tutdu…”
25 Oktyabr 2013 / 13:36 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

“Şokun təsirindən bəzi general və zabitlərin səhhətində problem yaranıb”

Hərbi ekspert Üzeyir Cəfərov öz facebook sahəfəsində yeni müdafiə nazirinin növbəti “budama” əməliyyatı barədə yazıb: “ “MN-nin şəxsi iş idarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisinin müavini- Səfərbərlik idarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov tutduğu vəzifədən azad edilib. Dünəndən etibarən üç idarənin işinə MN-nin Tərbiyəvi işlər idarəsinin rəisi general-mayor Vaqif Məmmədov rəhbərlik edəcək.

MN-də adı rüşvət və korrupsiya hallarında hallanan, bu yaxınlarda cəzaçəkmə müəssələrindən birindən Prezidentə açıq müraciətdə adı hallanan nazirliyin Büdcəyə Nəzarət və Maliyyə İdarəsinin rəisi polkovnik Elçin Mehdiyev tutduğu vəzifədən azad edilərək cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilib.

MN-nin mühəndis istehkam xidmətinin rəisi polkovnik Mehman Qədiməliyev Bərdə Hərbi birləşməsinə aşağı vəzifəyə təyin edilib. Başqa ciddi kadr dəyişiklikləri də var. Və sonda, MN-i general-polkovnik Zakir Həsənovun dünənki qərarları MN-də şok effekti yaradıb. Bəzi şəxslərin səhhətində ciddi problemlər yaranıb.”

arxiv.bizimxeber.az



“Zakir Həsənov Müdafiə Nazirliyində “köhnə”lərə divan tutdu…” yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə