Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MDB sammitində gərgin müzakirələr
MDB sammitində gərgin müzakirələr
25 Oktyabr 2013 / 14:53 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Ermənistanın Gömrük İttifaqına üzvlüyünə şifahi olaraq “hə” dedilər, Ukrayna isə Putindən sərt mesaj aldı

Minskdə MDB Gömrük İttifaqına daxil olan ölkələrin – Rusiya, Belarus və Qazaxıstanın liderləri xüsusi bəyanatla çıxış edərək Ermənistanın və Qırğızıstanın bu ittifaqa üzvlüyünə dəstək veriblər.

Dövlət başçıları Gömrük İttifaqının oktyabrın 24-də axşam keçirilmiş toplantısında Ermənistan və Qırğızıstanın üzvlüyü  barədə konkret rəsmi sənəd qəbul etməsələr də birgə bəyanatla çıxış ediblər.

Dövlət başçıları razılaşıblar ki, Ermənistanla Qırğızıstanın Gömrük İttifaqına tamhüquqlu üzv olması yönündə fəaliyyət planından ibarət “yol xəritəsi”ni qısa müddətdə qəbul etsinlər.

Bundan əvvəl isə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan etmişdi ki, Ermənistanın Gömrük İttifaqına üzv olmasını Azərbaycanla da razlaşdırmaq lazımdır. Çünki Ermənistanla Azərbaycan arasında ərazi münaqişəsi mövcuddur və bu münaqişənin həll edilmədiyi bir vaxtda Ermənistanın ittifaqa üzvlüyü problemi olacaq.

A.Lukaşenkonun bildirdiyinə görə, Azərbaycan prezidenti İlham Əliyev artıq Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən Qarabağ münaqişəsi həll edilmədən Ermənistanın Gömrük İttifaqına üzvlüyünün nə dərəcədə uyğun olduğunu soruşub.

Qeyd edək ki, Ermənistan Avropa İttifaqı ilə assosiasiya sazişinin imzalanmasından son anda imtina edərək Gömrük İttifaqını seçib. Azərbaycanın Belarus və Qazaxıstana nüfuz imkanları var. Bu baxımdan rəsmi Bakı Ermənistanın Gömrük İttifaqına qoşulmasını ən azından ləngidə bilər. Belə olsa, işğalçı ölkə növbəti dəfə başa düşəcək ki, Azərbaycanın razılığı olmadan postsovet məkanında ciddi inteqrasiya proseslərinin getməsi və Ermənistanın orada iştirakı mümkün olmayacaq.

Gömrük İttifaqına qoşulan ölkələr öz aralarında bütün gömrük baryerlərini qaldırır. Gələcəkdə bu ittifaqın Rusiya prezidenti Vladimir Putinin Avrasiya İttifaqı ideyasının əsasını təşkil etməsi nəzərdə tutulur. Ekspert çevrələrində Avrasiya İttifaqını “yeni SSRİ” də adlandırırlar. Azərbaycan nə Gömrük İttifaqına, nə də onun davamı kimi nəzərdə tutulan Avrasiya İttifaqına qoşulmaq fikrində olmadığını bildirir.

Mühüm geostrateji əhəmiyyətə malik digər keçmiş sovet respublikası Ukrayna isə bir tərəfdən Rusiyanın təzyiqləri ilə üzləşməmək üçün Gömrük İttifaqına müşahidəçi statusunda üzv olmağa razılaşıb. Digər tərəfdən isə Avropa İttifaqı ilə assosiasiya müqaviləsi imzalamağa hazırlaşır. Minskdə keçirilən mətbuat konfransında Rusiya prezidenti V.Putin birmənalı şəkildə bildirib ki, Ukraynanın eyni vaxtda iki ittifaqda yer alması mümkün deyil. O deyib ki, Ukrayna gələn ay Vilnüsdə Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamağa hazırlaşdığı üçün bu ölkənin Gömrük İttifaqında yeri yoxdur.

Putin Ukraynanın Avropa İttifaqına inteqrasiyasına qarışmadığını, nə bunun lehinə, nə də əleyhinə olmadığını bildirib.

Gömrük İttifaqının toplantısının ardınca bu gün günün ikinci yarısında Minskdə MDB sammiti öz işinə başlayacaq. Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev də sammitə qatılmaq üçün artıq Minskə gedib. Sammitdə Azərbaycanın Gömrük İttifaqına qoşulmaq perspektivləri ilə bağlı gərgin müzakirələrin olacağı istisna deyil.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə