Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezidentin 16 yaşlı qohumu qəza törətdi
Prezidentin 16 yaşlı qohumu qəza törətdi
25 Oktyabr 2013 / 16:13 / Baxış sayı: 66
Font1 Font2 Font3 Font4

Tacikistan prezidentinin qohumu, Dövlət Dəmir Yolları Şirkətinin rəhbəri Amonullo Hukumatullo və onun oğlu Rəsul istintaqa cəlb edilib.

AzNews.az “Radio ozodi”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Tacikistan DİN-i yayıb. Ata-oğul bir müddət əvvəl baş verən və ölümlə nəticələn qəza ilə bağlı ifadə verib. Qəza baş verən zaman maşını A.Hukumatullonun oğlu idarə edib. Gəncin törətdiyi qəza nəticəsində digər maşının sürücüsü Avovuddin Səidov və 2 sərnişin dünyasını dəyişib. Daha 3 nəfər isə yaralanıb. DİN-in məlumatına görə, prezidentin qohumu olan gənc maşının yüksək sürətlə idarə edib. “Avesta” agentliyi isə xəbər verir ki, Rəsulun cəmi 16 yaşı var və onun nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Oktyabrın 9-da baş verən hadisədən dərhal sonra Rəsul Almaniyaya göndərilib, ancaq sonra geri qaytarılıb. Məlumata görə, onun ölkəyə qaytarılması tapşırığını birbaşa ölkə prezidenti verib. Baş verən hadisə ölkədə böyük səs-küyə səbəb olub.

Qeyd edək ki, bir neçə il əvvəl prezidentin qohumu olan bu məmurun böyük oğlu Rüstəm də qalmaqalla gündəmə gəlib. 2008-ci ildə Rusiyada Rüstəm və bir neçə dostu saxlanılıb ki, onlardan da 10 kq əfqan heroini tapılıb. 9,5 il azadlıqdan mərhum edilən Rüstəm 2012-ci ildə gözlənilmədən azadlığa çıxıb. Buna səbəb kimi

Tacikistanda həbs edilən təyyarəçi Vladimir Sadovniçin azad edilməsi göstərilsə də, rəsmi Düşənbə bunu inkar edib.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə