Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“…Adam olmaq alim olmaqdan çətin oldu”
“…Adam olmaq alim olmaqdan çətin oldu”
25 Oktyabr 2013 / 18:58 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Artıq hamının böyük nigarançılıqla izlədiyi prezident seçkiləri arxada qalıb. Azərbaycan xalqı bu seçkilərdə öz sözünü dedi və ümumi seçicilərin 84 faizindən çoxu YAP-ın namızədi İlham Əliyevi dəstəklədi. Mən mütərəqqi ideyalı həmkarlarımı xalqın seçiminə hörmətlə yanaşdıqlarına görə ürəkdən alqışlayıram. Əslində burada mübahisəyə səbəb ola biləcək bir hal da yoxdur. Demokratiya şəraitində, nəzarətçilərin və iqtidarlı-müxalifətli nümayəndələrin müşayiəti ilə baş tutab seçkidə yol verilən xətalara da elə hamıdan öncə MSK öz münasibətini bildirdi. Buna görə də xırda qüsurları nəzərə almasaq tam əminliklə demək olar ki, hamının, elə müxalifət nümayəndələrinin özlərinin də gözlədikləri nəticə hasil oldu. Seçki öncəsi müsahibələrində müxalifət liderləri ötən illər ərzində gərgin əməyi sahəsində xalq sevgisi qazanan İlham Əliyevin böyük bir fərqlə səs çoxluğu qazanacağına əminlik ifadə edirdilər.

Dolayısı yolla olsa da söyləyirdilər ki, onların vahid namizədi İlham Əliyevlə müqayisədə çox az səs toplayacaq. Düz də deyirdilər və bu etirafa görə mən elə müxalifət liderlərinə də öz təşəkkürümü bildirirəm. Və düşünürəm ki, görəsən öz varlıqlarını yenidən xalqa sırıyaraq ciddi cəhdlə yeni bir qürumun adı ilə formalarını dəyişib meydana tullanmaqla bu insanlar öz iç üzlərini bir daha açıb Azərbaycanın adını, onun ötən 20 ildə Heydər Əliyevin həyatı bahasına əldə olunan qüdrətini, böyük imicini dünya qarşısında alçaltmağa cəhd göstərməklə və bu iyrənc təbliğatı hələ də davam etdirməklə nə qazanırlar? Mən hələ seçki öncəsi müsahibəmdə demişdim ki, “ bu meydanda İlham Əliyevə rəqib görmürəm”. Heç kim də düşünməsin ki, bu fikirləri kiməsə yarınmaq məqsədi ilə söyləyirəm. Əsla yox. Məni tanıyanlar yaxşı bilirlər ki, yaltaqlıqdan uzaq adamam və yaltaqlardan iyrənirəm. Belələri iqtidarın da, müxalifətin də sıralarında kifayət qədərdir. Məni maraqlandıran təkcə İlham Əliyev amilidir və ötən bu 10 ildə onun Azərbaycan naminə gördüyü böyük işləri göz önünə gətirəndə Heydər Əliyevə yüz dəfə rəhmət diləyirəm. Çünki bugünkü uğurlar məhz 1993-2003-cü illərdə çəkilən əziyyətlərin, görqülən gərgin işlərin bəhrəsidir. Hələ Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Qars qaz kəmərinin  layihələri müzakirə olunarkən hakimiyyətə hansı yolla olursa-olsun yiyələnməyə çalışan müxalifət liderləri hay-küy saldılar ki, bu layihənin reallaşması nağıl söhbətdir. Amma bu gün həmin layihələrin Azərbaycana gətirdiyi gəlir hesabına ölkəmiz nəinki Cənubi Qafqazda, hətta dünyada sayılan-seçilən lider dövlətlərdən birinə çevrilib. Bakımız muzeyi, rayonlarımız və ətraf şəhərlərimiz isə Bakının kiçik modelini xatırladır. Kənd təsərrüfatında, təhsildə, mədəniyyətdə, ümumiyyətlə həyatımızın bütün sahələrində əsaslı dönüş yaranıb. Bu idi, cənablar, 17 il öncə o inanmadığınız kontraktın imzalanmasında məqsəd və məram. Hələ mən onların 1994-1995-ci illərdə ermənilərlə qızğın döyüşlər gedən ərəfələrdə qardaş qırğını törətmək məqsədi ilə ordunu hakimiyyətə, xalqı orduya qarşı qoyaraq dövlət çevrilişi törətmək cəhdlərini demirəm. Onda da məqsəd hakimiyyəti ələ almaq, ölkəni parçalamaq və bununla da ermənilərin dəyirmanına  su tökmək idi, indi də. Amma İlham Əliyev isə belə hisslərdən tam uzaq bir şəxsiyyətdir. Onun bu 10 ildə Azərbaycanın inkişafı naminə imzaladığı fərman və sərəncamlar nədənsə məhz həmişə xalqın adından danışan bu “millət qəhrəmanlarını” çox narahat edir. Yəni onlar doğrudanmı ölkəmizin çiçəklənməsini, elmi-texniki tərəqqimizi, bütün sahələrdə, eləcə də hərbi sahədə qüdrətimizin artmasını istəmirlər?! Əgər belə olmasaydı təsisçisi olduqları mətbu orqanlarda yorulmaq və usanmaq bilmədən hədyanı müsahibələr verərdilərmi?! Təbliğat kompaniyası ərəfəsində xarici mətbuat orqanlarında dərc olunan erməni xislətli müəlliflərin tam şantaj xarakterli məqalələrindən bəhrələnərək ölkəmizi lider ölkəyə çevirən, Heydər Əliyev siyasətinin təntənəsini təmin edən, ümumxalq sevgisi qazanan İlham Əliyevin imicini ləkələməyə hesablanan bəyanatlar səsləndirərdilərmi?! Ümumiyyətlə, efirdə hər həftənin cüt günləri namizədlər üçün ayrılan vaxt müddətində əksər namizədlər öz platformaları barədə, prezident seçiləcəyi halda xalqa nə vəd edəcəkləri haqda danışmadılar. O çıxışlara baxanda adamın lap əti tökülürdü və qeyri-ixtiyarı düşünürdüm: İlahi, gör kimlər prezident olmaq iddiasındadırlar?! Dili bir, dini bir, milli mənsubiyyəti bir olan opponent haqqında bu qədər Allahsız danışmaq hansı əxlaqın göstəricisidir?! İlham Əliyev efirə kiminsə şantaj xarakterli suallarını cavablandırmaq üçünmü çıxmalı idi, yoxsa öz seçiciləri, sevimli xalqı ilə ünsiyyət yaratmaq üçün?! O da öz namizədlik hüququndan istifadə edərək hər dəfə etibarlı nümayəndəsini efirə göndərirdi. Bundan ötrü namizədi, özü də, necə deyərlər, əsl rəqibi qınamaqsa başqa namizəd üçün aşağılayıcı hərəkətdir və bu hərəkət o şəxsə heç vaxt başucalığı gətirən deyil. Bu, birmənalıdır. Normal halsa odur ki, əxlaq normaları pozulmadan, opponentlərin bir-birinə qarşılıqlı hörməti şəraitində baş tutan seçki prosesi başa çatandan bir gün sonra qalib şəxs, yəni ölkənin I şəxsi elan olunur və etika xatirinə başqa namizədlər də qalibi hörmətlə-izzətlə təbrik edirlər. Çox təəssüflər olsun ki, bu hal bizdə qismən də olsa baş tutmadı. Necə deyərlər, atalar demiş “adam olmaq alim olmaqdan çətin oldu”.

…Zaman dəyişir, nəsillər bir-birini əvəz edir, ta qədimdən insanların xislətində gizlənən bəzi stereotiplərsə təəssüflər olsun ki, nəsil-nəsil ötürülməklə canımıza, qanımıza, ağlımıza hakim kəsilir. Xainlik, xəbislik, özündən müştəbihlik qəbr evinədək əvvəlcə içimizi, sonra da vücudumuzu çürüdür və sonda bu dünyaya hansı görkəmdə gəlmişdiksə o dünyaya da həmin görkəmdə yollanırıq. Fərq bir onda olur ki, bu dünyaya pak ana bətnindən saf gəlirik, gedəndə isə bu xoşbəxtlik hər kəsə nəsib olmur. Bax elə bu anda yadıma 1990-cı ildə xalq şairi Bəxtiyar Vahabzadəyə və mərhum şair dostum Eldar Baxışa ünvanladığım “Qan gölündə batıb Allah” şeirim düşdü. 20 yanvar hadisələrini törədənlər “sarı ilbislər” idilərsə, yüzlərlə əliyalın, silahsız insanı qaniçənlərin qarşısına miqafonla məhəllə-məhəllə, küçə-küçə səsləyənlər, sonda onların şəhid olmasına səbəbkar olanlar, özlərinin, qohum-əqrəbalarınınsa burnu belə qanamayanlar da o vaxtkı və bu günkü cəbhəçilər, musavatçılar idilər. Bu şeiri mən böyük ürək ağrısı ilə, göz yaşlarımla qələmə aldım:

 

Tanrı bizdən üz döndərib,

Biz bəndəlik edənmədik.

Yazısına, buyruğuna

Düzgün əməl edənmədik.

***

Doğulanda pak olmuşuq,

Ləkəliyik söylə, niyə?-

Biz Allahsız böyümüşük

Allah-Allah deyə-deyə.

***

Düz deyirsən bunu, şair,

O Görünməz göydə deyil

Öz əksi tək görər onu,

Kim düz işə versə meyl.

***

Bəd niyyətlər, bəd əməllər

Bəd ölümün təməlidir.

Şüurlunun baş kəsməsi

Yoxsa Allah əməlidir?!

***

Şair, zərər tuluğları

Əskik deyil aramızdan,

Özümüzün əl izimiz

Tapılıbdır yaramızdan

Qınamıram Eldarı mən,

Ölçüb-biçir o, hər sözü,

Qoparıblar Tanrının da

Ətəyindən əlimizi.

***

Soraqlayaq onu hardan?

Öz taxtını atıb Allah,

Su yerinə qan axandan

Qan gölündə batıb Allah.

 

Valeh Mirzə,
Şair, publisist



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə