Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bu işi belə qoymayacam” – Afət Telmanqızı
“Bu işi belə qoymayacam” – Afət Telmanqızı
26 Oktyabr 2013 / 12:33 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

ANS-in əməkdaşı Afət Telmanqızı qardaşının həyat yoldaşı, bir necə gün öncə övlad dünyaya gətirən və xəstəxanada dünyasını dyişən Pərvanə Hüseynovanın ölümündən danışıb. Onun üçün çətin olsa da A.Telmanqızı hadisə ilə bağlı Hafta.az-a açıqlama verib, hadisənin təfərrüatlarını açıqlayıb. 

Göz yaşları içində fikirlərini bizimlə bölüşən telejurnalist deyib ki, bir müddət əvvəl 26 yaşlı Pərvanə Hüseynovanı Sumqayıtdakı 1 saylı doğum evinə aparıblar: “Pərvanənin anası Sumqayıtda yaşayır. Onlar dedilər ki, orda yaxşı həkimlər var. Beləliklə, onu Sumqayıtda 1 saylı doğum evinə aparıblar. Xəstəxanada səbəb göstərmədən doğuşun keysəriyyə əməliyyatı ilə aparılmasını bildiriblər. Ailəsi də razılaşıb. Uşaq dünyaya gəlib və dərhal Pərvanənin vəziyyəti pisləşib. Getdik həkimlərdən soruşduq ki, Pərvanənin vəziyyəti niyə pisləşib. Dedilər ki, bilmirik. Soruşdum ki, həkimsiniz, niyə bilmirsiniz? Onlar isə müxtəlif uydurma diaqnozlar söylədilər. Beləliklə, xəstə 10 gün Sumqayıtda qaldı və onun yaxşılaşması ilə bağlı heç bir tədbir görə bilmədilər. Vəziyyətin ağırlığını nəzərə alıb Səhiyyə Nazirliyinin göstərişi ilə xəstəni Respublika Klinik Xətəxanasına gətirdilər və orda reanimasiya şöbəsinə yerləşdirdilər”.

A.Telmanqızı deyib ki, Pərvanə 15 gün reanimasiya şöbəsində qalıb: “Həmin vaxtdan sonra müəyyən olundu ki, əmliyyat zamanı xəstənin kisəsi zədələnib və içəridə qırıntılar qalıb. Ümumiyyətlə, Respublika Klinik Xəstəxansında Pərvanəni 3 dəfə əməliyyat etdilər. İkinci əməliyyatdan sonra Pərvanə komaya düşdü. Bir müddət komada qaldı və güclə ayıldı”.

A.Telmanqızı vəziyyətin getdikcə daha da ağırlaşdığını və həkimlərin səyinin nəticə vermədiyi hiss edərək başqa xəstəxanadan həkim gətirib: “Gətirdiyim həkimlər tomoqrafiya müayinəsi apardılar. Məlum oldu ki, problem tamam başqaymış. Sumqayıtdakı həkimlər deyirdilər ki, mədəaltı vəzində problem var və sair. “Respublikanski”dəki həkimlər dedilər ki, böyrək çatışmazlığı var. O məqsədlə də xəstəni dializ edirdilər. Amma çağırdığım həkimlər dedilər ki, xəstənin beyninə qan sızıb və nəticədə böyrək fəaliyyətini itirib. Bildirdilər ki, qansızma nəticəsində artıq beyin ölüb. Odur ki, hər şey gecikib. Bilmirəm, bəlkə başqa yerə aparsaydıq belə olmazdı. Bax, başımıza belə faciə gətirdilər. 26 yaşlı cavan gəlinin ilk körpəsi anasız qaldı…”

A.Telmanqızı deyib ki, hadisənin baş verməsinə səbəbkar olan bütün həkimlərin məsuliyyətə cəlb olunması istiqamətində axıra qədər səyini davam etdirəcəyini söyləyib. O, Sumqayıtdakı 1 saylı Xəstəxanandan məhkəməyə müraciət ünvanlayacağını və bu hadisə ilə bağlı Səhiyyə Nazirliyinə şikayət edəcəyini bildirib: “Bu işi belə qoymayacam, axıra qədər gedəcəm”,-deyən A.Telmanqızı mərhumun bu gün dəfn edilcəyni qeyd edib.

Allah rəhmət eləsin!

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə