Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyadakı azərbaycanlılara bəd xəbər
Rusiyadakı azərbaycanlılara bəd xəbər
26 Oktyabr 2013 / 12:40 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Bir dəfə qanunu pozan əcnəbi 5 il ölkəyə buraxılmayacaq

“Hazırda Rusiyada azərbaycanlılarla bağlı narahatlıq doğuracaq hər hansı hal yoxdur, yalnız Azərbaycandan Rusiyaya gələnlər hələ də sərhəddə çətinliklərlə üzləşirlər”. Bunu APA-ya açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev deyib. O bildirib ki, son dövrlər kimsə nə vaxtsa Rusiyada xırda qanun pozuntusuna belə yol veribsə, həmin şəxslər ölkəyə buraxılmır: “Rusiyaya giriş çətinləşdirilib. Bu, tək azərbaycanlı miqrantlara deyil, bütün miqrantlara şamil olunur. Rusiyada bir dəfə qanunu pozanların 5 il Rusiyaya buraxılmaması barədə qərar verilib. Bizi narahat edən odur ki, Rusiyada ailəsi olan soydaşlarımız, iş adamlarımız, o cümlədən bu ölkədə təhsil alan tələbələrimiz arasında bu problemlə üzləşənlər var. Demək olar ki, gün ərzində bununla bağlı ÜAK-ın “qaynar xətt”inə 5-6 zəng daxil olur”.

 

ÜAK-ın icraçı direktoru Rusiyaya girişin çətinləşdirilməsinin və tələblərin sərtləşdirilməsinin Soçidə keçiriləcək qış Olimpiya Oyunları ilə bağlı olduğunu istisna etməyib: “Rusiyada vətəndaşlıq almaq proseduru da çətinləşdirilib, yeni tələblər qoyulub. Bu, Rusiyanın daxili işidir, biz qarışa  bilmərik. Yəqin ki, həm miqrantların Rusiyaya girişi, həm də vətəndaşlıq almaq prosedurları müəyyən zaman keçdikdən sonra nisbətən asanlaşacaq”.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə