Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ramiz Mehdiyevdən ABŞ-a yeni zərbə
Ramiz Mehdiyevdən ABŞ-a yeni zərbə
26 Oktyabr 2013 / 13:14 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Bu ölkənin bəzi dairələri bizi təcrid etmək istəyir”

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qərbin Azərbaycandakı prezident seçkilərinə dair mövqeyini yenə tənqid edib.

Virtualaz.org saytı xəbər verir ki, R.Mehdiyev “İnterfaks-Azərbaycan” agentliyinə açıqlamasında ABŞ-ın ATƏT-dəki səfirinin AŞ PA-nı Azərbaycandakı seçkiləri təriflədiyinə görə tənqid etməsinə, habelə Avropa Parlamentinin seçkilərə dair əvvəl verdiyi müsbət rəyi dəyişərək ATƏT-in rəyini dəstəkləyən qətnamə çıxarmasına münasibət bildirib.

Prezident Administrasiyasının rəhbəri bildirib:  “Avropanın son vaxtlar yürütdüyü siyasəti analiz edərək bir neçə mühüm məqamı ayırmaq olar. Hər şeydən əvvəl pozitiv məqamı – Avropa Parlamentinin qətnaməsində Ermənistan-Azərbaycan münaqişəsinə dair bəndi qeyd etmək olar. Orada deyilir ki, bu münaqişə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasını, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edən qətnamələri əsasında həll olunmalıdır. Bu qətnamə bir sıraAvropa strukturlarının Azərbaycan ərazilərinin işğalı məsələsinə ciddi yanaşmasından xəbər verir. Eyni zamanda bu,  Ermənistanın xarici siyasətinin münaqişənin səbəblərini təhrif etmək və başqa dövlətin ərazilərinin işğalı faktına haqq qazandırmaq üzərində qurulan xarici siyasətinin daha bir iflasıdır”.

R.Mehdiyev bəyan edib ki, bu müsbət məqamla yanaşı Avropanın siyasətində ziddiyyətlər də müşahidə edilir. Onun sözlərinə görə, Avropadakı maliyyə və sosial böhran sosial və demokratik böhrana çevrilib. Bu səbəbdən Avropa İttifaqına etimad azalıb.

R.Mehdiyevin sözlərinə görə, Avropa müstəqil siyasət yürüdə bilmir və bu da özünü ABŞ Dövlət Departamenti ilə ATƏT DTİHB-in seçkilərə dair siyasi baxımdan “qərəzli” rəylərinin üst-üstə düşməsində göstərir.

R.Mehdiyev Azərbaycana qarşı ikili standartların tətbiq olunduğu haqda danışaraq deyib ki, Dövlət Departamentinin “bəzi məmurları” AŞ PA-ya və Avropa Parlamentinə Azərbaycandakı seçkilərə dair müsbət rəylərini dəyişdirmək üçün təzyiq göstərməklə ABŞ-la Azərbaycan arasında tərəfdaşlığa zərbə vururlar.

“Buna necə sakit reaksiya vermək olar ki, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri, Avropa Parlamentinin missiyasının rəhbəri və digər beynəlxalq təşkilatların nümayəndələri seçkilərə müsbət rəy verdikləri halda Amerika tərəfi Azərbaycanın demokratik inkişafında mühüm mərhələ olan prezident seçkilərini ləkələməyə yönələn yalan mövqe ortaya qoyur  və bu mövqeni başqalarına da qəbul etdirməyə çalışır?!” – deyə Mehdiyev bildirib.

R.Mehdiyevin sözlərinə görə, belə çıxır ki, Azərbaycanla Avropa arasındakı tərəfdaşlıq Dövlət Departamentindəki “bəzi məmurların kaprizlərindən” asılı olmalıdır.

“Dövlət Departamentinin, ABŞ-ın ATƏT-dəki missiyasının Azərbaycandakı seçkilərə dair mövqeyi, yumşaq desək, anlaşılmazdır. ABŞ-ın bəzi siyasi dairələri Azərbaycanı təcrid etmək fikrindən hələ də imtina etməyiblər. Lakin onlar özləri təcrid olunmuş vəziyyətə düşüblər” – deyə PA rəhbəri bildirib.

arxiv.bizimxeber.az



Ramiz Mehdiyevdən ABŞ-a yeni zərbə yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə