Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Saakaşvili erməni separatçısını tula adlandırdı – Video
Saakaşvili erməni separatçısını tula adlandırdı – Video
26 Oktyabr 2013 / 15:09 / Baxış sayı: 280
Font1 Font2 Font3 Font4
Oktyabrın 25-də Gürcüstanda ölkə prezidenti Mixeil Saakaşvili və erməni fəal Vahan Çaxalyan arasında qalmaqal yaşanıb. Oxu.Az Regnum-a istinadən xəbər verir ki, insident Axalkalakidə, yerli erməni kilsəsinin həyətində baş verib. Burada şəhərə gəlmiş prezidenti Çaxalyan və onun bir neçə tərəfdarı qarşılayıb. Çaxalyan məsafədən Saakaşviliyə nəsə demək istəyir, lakin gürcü prezident ona yaxınlaşaraq sözünü deməsini istəyir:  “Siz bizim kilsələrimizi qaytarmaq istəmirsiniz. Bu gün orada partladılmış erməni kilsəsi var” – deyə, Çaxalyan pis gürcü dilində danışır və sonra rus dilinə keçərək, Mixeil Saakaşviliyə xatırladır ki, onun prezidentliyi dövründə məktəblərdə erməni ədəbiyyatı dərslərinin keçirilməsini ləğv ediblər. “Sən məni mühakimə etməlisən? Çaxalyan Saakaşvilini mühakimə etməlidir?” – deyə, Saakaşvili rus dilində danışmağa başlayır və sonra gürcü dilinə keçərək, Çaxalyanı Rusiya Baş Kəşfiyyat İdarəsinin “sandıq tulası” adlandırır.
“Həbsxanadan çıxmış kriminal Çaxalyan Saakaşvilini mühakimə etməlidir? Mən sənin kimilərdən dərs almaq fikrində deyiləm” – bəyan edən Saakaşvili Axalkalaki üçün etdiklərini sadalayıb: Tbilisiyədək dəmir yolu çəkib, kurort tikib, kənd təsərrüfatı texnikası gətirib, qaz, işıq çəkib və ən əsası Rusiyanın buradakı bazasını çıxarıb. Çaxalyan ona etiraz etmək istəsə də, Saakaşvili vurğulayıb ki, onun kimi separatçıları dinləmək fikrində deyil.
rezidentin və onun mühafizəsinin təzyiqi altında Vahan Çaxalyan ətrafındakı şəxslərlə birlikdə geri çəkilməyə və kilsənin həyətini tərk etməyə başlayır, yaxınlıqda gedən Mixeil Saakaşvili isə onu “qorxaq separatçı” adlandırıb. “Sənin kimilər burada çox idi, indi isə cəmi beş nəfər qalıb. Belə ki, daha Rusiya Baş Kəşfiyyat İdarəsinin bazası burada yoxdur” – deyə, Gürcüstan prezidenti erməni separatçısının ardınca qışqırıb.
Qeyd edək ki, Vahan Çaxalyan bu ilin yanvarında gürcü parlamentinin qəbul etdiyi əfv haqqında qanun əsasında azadlığa çıxıb. O zaman Gürcüstan hökumətinin yeni qərarı prezidentdə kəskin narazılıq doğurmuşdu və o, separatçı Çaxalyanın azadlığa buraxılmasının təhlükəli olduğunu bəyan etmişdi.
arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə