Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əsgər silahını götürərək hərbi hissədən qaçdı
Əsgər silahını götürərək hərbi hissədən qaçdı
27 Oktyabr 2013 / 0:51 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4

Azərbaycan Ordusunun əsgəri xidməti silahını götürərək hərbi hissədən qaçıb. Bu barədə Ağstafa Rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə Müdafiə Nazirliyinin Tovuz rayonundakı “N” saylı hərbi hissədə qeydə alınıb. 19 yaşlı əsgər Cəmil Elxan oğlu Hüseynzadə xidməti silahını da götürərək hərbi hissəni özbaşına tərk edib. Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Əsgərin axtarışlarına polis qüvvələri də cəlb edilib.

Tovuz və Ağstafa rayonlarında polis postları qurulub, hər iki rayona girən və çıxan bütün avtomobillər yoxlanılır. Hazırda əsgərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, C. Hüseynzadə Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə