Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ səfirliyindən Ramiz Mehdiyevə cavab
ABŞ səfirliyindən Ramiz Mehdiyevə cavab
27 Oktyabr 2013 / 0:53 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

ABŞ-ın Azərbaycandakı səfirliyi Ramiz Mehdiyevin ittihamlarına münasibət bildirib.  Səfirliyin üç cümləlik cavabı belə olub: “ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ Dövlət Departamenti 10 oktyabrı 2013-cü il bəyanatının üstündədir. ABŞ Azərbaycanla müttəfiqlik münasibətlərini yüksək qiymətləndirir. Bundan başqa əlavə olunacaq heç nə yoxdur”.

ABŞ səfirliyi bundan əvvəl bildirmişdi ki, ATƏT DTİHB-nin müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabatını dəstəkləyir.

Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “İnterfaks”a müsahibəsində Amerikanı ittiham edib. Onun sözlərinə görə, belə çıxır ki, Azərbaycanla Avropa arasındakı tərəfdaşlıq Dövlət Departamentindəki “bəzi məmurların kaprizlərindən” asılı olmalıdır. “Dövlət Departamentinin, ABŞ-ın ATƏT-dəki missiyasının Azərbaycandakı seçkilərə dair mövqeyi, yumşaq desək, anlaşılmazdır. ABŞ-ın bəzi siyasi dairələri Azərbaycanı təcrid etmək fikrindən hələ də imtina etməyiblər. Lakin onlar özləri təcrid olunmuş vəziyyətə düşüblər” – deyə PA rəhbəri bildirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə