Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstanda prezident seçkiləri başladı
Gürcüstanda prezident seçkiləri başladı
27 Oktyabr 2013 / 12:10 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Gürcülər 23 namizəd arasından səlahiyyətsiz prezident seçəcəklər.

Bu gün Gürcüstanda prezident seçkiləri keçirilir. Prezident postuna rekord sayda – 23 namizəd iddiaçıdır və ilk dəfədir ki, ölkədə bu qədər çox sayda namizədin iştirakı ilə prezident seçkiləri keçirilir.

Əsas mübarizə hakim “Gürcü arzusu” koalisiyasının namizədi Georgi Margelaşvili, indiki prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasından David Bakradze və Demokratik Hərəkat-Vahid Gürcüstan Partiyasından Nino Burcanadze arasında gedir.

Saakaşvilinin prezidentlik müddəti başa çatır və konstitusiyaya görə, o, üçüncü müddətə prezident seçilə bilməz.

Seçkilər “Gürcü arzusu” koalisiyası və onun milyarder lideri Bdzina İvanişvili ilə Saakaşvili arasında qarşıdurma fonunda keçir. İvanişvili dəfələrlə bildirib ki, Saakaşvilinin səlahiyyət müddəti başa çatan kimi onu istintaqa cəlb edəcəklər.

İvanişvili “Gürcü arzusu” koalisiyasının namizədinin birinci turda qalib gələcəyinə əmindir. O bildirib ki, əgər Margelaşvili birinci turda qalib gəlməsə, ikinci turda iştirak etməyəcək, nəticədə qalib Saakaşvilinin namizədi olacaq.

Lakin İvanişvilinin bu bəyanatına nə dərəcədə sadiq qalacağı hələ məlum deyil.

Rusiya ilə sıx əlaqələrin tərəfdarı kimi çıxış edən Nino Burcanadze isə deyir ki, əgər hakimiyyət kütləvi saxtakarlıqlara getməsə, seçkiləri o udacaq.

Prezident postu uğrunda bu qədər çox sayda namizədin mübarizə aparmasına baxmayaraq Gürcüstanın yeni seçiləcək dövlət başçısı cüzi səlahiyyətlərə malik olacaq. Çünki vaxtilə Saakaşvilinin həyata keçirdiyi dəyişikliklər nəticəsində prezidentin səlahiyyətləri azaldılır və parlamentin səlahiyyətləri artırılır. Gürcüstan parlament respublikasına çevrilir. Bu dəyişikliklər indiki seçkilərdən sonra qüvvəyə minir.

Seçkiqabağı rəy sorğuları G.Margelaşvilinin öndə olduğunu göstərir. Lakin ona səs verməyə hazır olanların sayı bitərəf rəy sorğularına əsasən 30 faizdən bir qədər çoxdur. “Gürcü arzusu”nun sifarişi ilə keçirilən rəy sorğularında isə Margelaşvili 57 faiz səs alıb. D.Bakradze isə 12 faizə ümid edə bilər.

Vahid Milli Hərəkat Partiyası tərəfindən sifariş edilən sorğuya əsasən isə Margelaşvilini respondentlərin 43 faizi dəstəkləyir. D.Bakradze isə 23 faiz səs almağa ümid edə bilər.

İstənilən halda Margelaşvilinin Bakradzeni və digər namizədləri üstələdiyinə şübhə yoxdur. Əgər o, 50 faizdən çox səs yığa bilməsə, Gürcüstan tarixində ilk dəfə ikinci tur keçiriləcək.

Həmçinin bu seçkilərdən sonra Gürcüstanda prezident postu da “Gürcü arzusu” koalisiyasının nəzarətinə keçəcək, Saakaşvili isə müxalifətə keçməli olacaq. Əgər onu həbs etməsələr…

Margelaşvili bəyan edir ki, prezident seçiləcəyi təqdirdə NATO və Avropa İtttifaqı ilə əməkdaşlığı dərinləşdirəcək, Azərbaycan və Türkiyə, digər region ölkələri ilə daha dərin əməkdaşlıq quracaq, eyni zamanda Rusiya ilə xoşməramlı qonşuluq münasibətlərini bərpa edəcək.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə