Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qəza: maşın ayaqyoluna girdi
Qəza: maşın ayaqyoluna girdi
27 Oktyabr 2013 / 14:57 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun Şabran rayonu ərazisində keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, Biləsuvar rayon sakini, 1960-cı il təvəllüdlü Mirzəyev Təvəkkül Korus oğlunun idarə etdiyi 90 KB 530 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomaşın yoldan çıxaraq, dərəyə aşıb. Maşın təmir sexinin həyətindəki ayaqyolunu uçurub.
Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Onun sərnişini, 1964-cü il təvəllüdlü Bayramova Yeganə Eldar qızı və qəza zamanı ayaqyolunda olan 1963-cü il təvəllüdlü İlqar İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, Y.Bayramovanın vəziyyəti orta ağırdır.
İ.İbrahimov isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Hadisənin yüksək sürətlə idarəetmə səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə