Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hindistanda mitinqində partlayış törədildi
Hindistanda mitinqində partlayış törədildi
27 Oktyabr 2013 / 17:07 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Dalbadal törədilən 5 partlayışda 4 aksiya iştirakçısı ölüb, bir neçəsi də yaralanıb

Hindistanın şərqindəki Bihar ştatında dəmiryol vağzalında 5 partlayış baş verib. Patna şəhərindəki dəmiryol stansiyasında baş verən partlayışlar nəticəsində azı 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hadisə yerinə gələn minaaxtaranlar vağzalda partlamamış daha bir neçə partlayıcı qurğu da aşkar edərək zərərsizləşdiriblər.

İnsident Hindistanın əsas müxalifət partiyası olan “Bharatiya Canata Parti”dən baş nazirliyə namizəd Narendra Modinin rəhbərliyi ilə keçiriləcək mitinqə bir neçə saat qalmış baş verib. Mitinqdə iştirakı gözlənilən minlərlə müxalifət tərəfdarı aksiyanın keçiriləcəyi yerə qatar və xüsusi avtobusla gəlməli idi. Ölən və yaralananların da mitinq iştirakçıları olduğu bildirilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə