Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“ABŞ səfirliyi rəsmilərimizin telefonuna qulaq asa bilər”
“ABŞ səfirliyi rəsmilərimizin telefonuna qulaq asa bilər”
28 Oktyabr 2013 / 13:11 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Üzeyir Cəfərli: “Ona görə də məmurlarımız harda nə gəldi danışmamalıdırlar”

Son günlər dünyanın gündəmində olan əsas məsələlərdən biri ABŞ-ın Almaniya kansleri Ancela Merkelin telefon danışıqlarını dinləməsidi. ABŞ prezidenti Barak Obama Merkellə telefon danışığı zamanı belə bir dinləmədən xəbərsiz olduğunu bildirsə də, Vaşinqtonun müttəfiqləri B.Obamanın bu açıqlamasına inanmırlar.

Qeyd edək ki, Merkelin telefonu hələ o iqtidara gəlmədən öncə ABŞ-ın Almaniyadakı səfirliyində quraşdırılan dinləmə qurğuları vasitəsi ilə dinlənilib. Maraqlıdır, görəsən ABŞ-ın Azərbaycandakı səfirliyi də ölkəmizin müvafiq rəsmilərini dinləyə bilərmi?

Bununla bağlı Vətəninfo.az-ın sualını cavablandıran ekspert Üzeyir Cəfərli bildirib ki, ümumiyyətlə telefon danışıqlarının dinlənilməsi çox pis bir ənənədir. “Və bu məsələ gec-tez açıqlananda dövlətlərarası münasibətlərə zərbə vurur. Bütövlükdə isə bu uzun illər əvvəldən həyata keçirilən bir haldır və bu daha çox soyuq müharibə illərində “dəbdə olan” hallardan idi. Sizin konkret sualınıza gəldikdə isə onu deyə bilərəm ki, ABŞ səfirliyində Azərbaycan rəsmilərinin danışıqlarının dinlənmə ehtimalını da istisna etmək olmaz.

Ona görə də bizim rəsmilər harda və necə danışmaqlarına son dərəcə diqqət etməlidirlər”. Ü.Cəfərlinin sözlərinə görə, xarici ölkələrin nümayəndələrinin çoxu burda Azərbaycanla bağlı məlumat toplamaqla meşğuldur: “İstisna etmirəm ki, onlar əldə etdikləri məlumatları Ermənistana da ötürür və bunu da bilməyimiz vacibdir”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə