Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənilər Amerikanın tank vuranlarını alır
Ermənilər Amerikanın tank vuranlarını alır
28 Oktyabr 2013 / 14:17 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Ermənistan Xorvatiyadan bu ölkənin silahlanmasından çıxarılan, M-36 «Jackson» tank vuran hərbi texnikalar əldə etmək istəyir. Bu barədə APA-ya öz hərbi mənbələrindən məlumat daxil olub. Ermənistan tərəfi Xorvatiya hökumətinə müraciət edərək, bu ölkənin silahlanmadan çıxardığı, II Dünya Müharibəsi dövrünün hərbi texnikası olan M-36 «Jackson» tank vuran maşınlarının onlara hədiyyə edilməsini istəyib.
Ermənistan tərəfinin bu maşınlardan hansı məqsədlər üçün istifadə edəcəyi bəlli deyil. Bununla bağlı qərarı Xorvatiya hökuməti qəbul etməlidir.
90 mm çaplı topa malik M-36 Amerika Ordusu tərəfindən 1944-cü ildən II Dünya və Koreya müharibəsində geniş istifadə olunub. Sonrakı dövrlərdə keçmiş Yuqoslaviya Ordusunda bu tırtıllı maşınlarda T-55 tanklarının malik olduğu 500 at gücünə malik dizel mühərrik quraşdırılıb. Yuqoslaviyada vətəndaş müharibəsi zamanı xorvatlar bu maşınlardan istifadə ediblər. Çəkisi 29 ton olan M-36 maşınının heyəti 5 nəfərdən ibarətdir. Maşının silahlanmasına 90 mm çaplı top və pulemyot daxildir.

arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə