Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Eldar Sabiroğlunun yeri boş saxlanılır
Eldar Sabiroğlunun yeri boş saxlanılır
28 Oktyabr 2013 / 14:20 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Yeni müdafiə naziri, general-polkovnik Zakir Həsənovun apardığı kadr islahatları mətbuat xidmətindən də yan keçmədi.

Ölkənin ən strateji nazirliyindən biri olan Müdafiə Nazirliyində bu qədər ciddi kadr islahatlarının həyata keçirildiyi bir zamanda mətbuat xidməti rəhbərsiz qalıb.

Virtualaz.org saytının hərbi qaynaqlardan əldə etdiyi məlumata görə, nazirliyin mətbuat xidmətinin rəhbəri, hazırda məzuniyyətdə olduğu deyilən Eldar Sabiroğlu bir daha Müdafiə Nazirliyində əvvəlki vəzifəsinə qayıtmayacaq. O, ordudan tərxis olunmaq üçün raportla müraciət edib. Amma hələlik Sabiroğluna 3 aylıq məzuniyyət verilib. O, 2014-cü ilin yanvarında xidmət yerinə qayıdacaq və ordudan tərxis olunacaq.

E.Sabiroğlu isə vəzifədən uzaqlaşdırılmasını təsdiqləməsə də bu xəbəri təkzib də etməyib. O, məzuniyyətdə olduğunu və bu barədə heç bir məlumat verə bilməyəcəyini deyib.

Yeni nazir təyin olunandan bu günədək nazirlikdə baş verən kadr dəyişiklikləri ilə bağlı mətbuata detallı və rəsmi məlumat verilmir. Nazirlikdə baş verən son kadr dəyişiklikləri ilə bağlı etibarlı mənbə olaraq mətbuata məlumat verən şəxs hərbi ekspert, nazirliyin sabiq mətbuat xidmətinin rəhbəri Üzeyir Cəfərovdur.

Son günlər Ü.Cəfərovun nazirliyin boş qalan mətbuat xidmətinin rəhbərliyinə gətiriləcəyi haqda məlumatlar var. Bu iddiaları nazirlikdən dəqiqləşdirmək mümkün deyil. Lakin həmin iddialarla bağlı Ü.Cəfərovun fikirlərini öyrəndik.

Hərbi ekspert virtualaz.org-a açıqlamasında ona əvvəlki vəzifəsinə qayıtmaqla bağlı heç bir təklifin olmadığını, lakin olarsa, məmnuniyyətlə keçmiş vəzifəsinə qayıtmaq istədiyini bildirdi: “Hələlik belə bir təklif olmayıb. Amma belə təklif olarsa, mən böyük məmnuniyyətlə nazirliyin mətbuat xidmətinə, öz əvvəlki xidmət yerimə qayıtmağa hazıram və çalışacağam ki, Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələrinin yaxşılaşdırılması üçün əlimdən gələni əsirgəməyim. Hər halda mən peşəkar hərbi jurnalist kimi nazirliklə ictimaiyyət arasında yaxşı münasibətlərin qurulması üşün var gücümü sərf etməyə hazıram və bu halda müsbət nəticələrin əldə olunacağına böyük ümid bəsləyirəm. Hələlik heç bir rəsmi dəvət və ya danışıq təklifi almamaışam. Ancaq çox istərdim ki, aparılan kadr islahatları ümumilikdə Müdafiə Nazirliyi və Azərbaycan xalqı üçün xeyrli-uğurlu olsun”.

Onu da qeyd edək ki, yeni müdafiə naziri Z.Həsənovun adına facebook sosial şəbəkəsində profil yaradılıb. Həmin səhifədən nazirliyin fəaliyyəti ilə bağlı məlumatlar paylanılır. Qismən də olsa, ictimaiyyəti məlumatlandırmaq niyyətində olan həmin profilin həqiqətən də nazir Z.Həsənova məxsus olması dəqiq deyil. 

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə