Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kütləvi vəzifədən göndərmələr başlayır
Kütləvi vəzifədən göndərmələr başlayır
28 Oktyabr 2013 / 16:17 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Füzuli, Zaqatala, Qax və Lənkəranın icra başçılarının işdən çıxarılacağı xəbəri yayılıb 

Xəbər verdiyimiz kimi, seçkilərdən sonra hakimiyyət rayonların idarəedilməsi prosesində bir sıra yeniliklər edəcək. Bununla əlaqədar olaraq hələlik seçkilərdən əvvəl siyahıya malik olan Prezident Admnistrasiyası artıq həmin sənədi dövlət başçısına təqdim edib.JAM.AZ-a verilən məlumata görə, artıq əksər icra başçıları ciddi şəkildə narahatlıq keçirməyə başlayıb. Məlumatlarda deyilir ki, onların narahat olmalarına səbəb yaxın vaxtlarda işdən çıxarılacaqları ilə bağlı şübhələrinin artmasıdır. Hətta o da deyilir ki, noyabrın 1-dən etibarən Prezident Admnistrasiyası yeni komanda ilə işləməyə başlayacaq.JAM.AZ-ın əldə etdiyi məlumatlarda hansı icra başçılarının işdən gedəcəyinə dair bəzi bilgilər də yer alıb. Həmin məlumatlara görə, narahatlıq içində olan əsas şəxslərdən biri Füzuli rayonun icra başçısı Alı Alıyevdir. Onun narahatlığına səbəb himayədarı Əhməd Əhmədzadənin hələ də vəzifəsinə təyinat almamasıdır. İddialara görə, Su və Melorasiya Təsərrüfatı ASC-nin rəhbəri yenidən vəzifəyə təyinat ala bilməyəcək. Elə bu səbəbdən də təkcə Alı Alıyevin deyil, həmçinin Qax və Zaqatalanın da icra başçıları postları ilə vidalaşmalı olacaqlar.

Lənkəranın icra başçısı Taleh Qaraşovun da işdən çıxarılacağına dair məlumatlar var. Lakin ona icra başçısı postundan getdikdəne sonra başqa bir vəzifə vəd olunduğu deyilir. JAM.AZ-a çatan bilgilərdə deyilir ki, Qaraşovu Prezident Admnistrasiyasında yeni iş gözləyir ki, bunun da baş tutub, tutmayacağı tam dəqiq deyil.

Daha hansı icra başçılarının yeni komandada təmsil olunmayacağı barədə məlumatları da gün ərzində oxucuların diqqətinə çatdıracağıq.


arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə