Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərbaycan bu tarixin ilk səhifəsini yazan ölkə olacaq”
“Azərbaycan bu tarixin ilk səhifəsini yazan ölkə olacaq”
28 Oktyabr 2013 / 17:14 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Mehriban Əliyeva Bakıda Avropa Oyunları Əlaqələndirmə Komitəsinin iclasında çıxış edib

2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Əlaqələndirmə Komitəsinin oktyabrın 28-də ikinci toplantısı keçirilib. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi xəbərə görə, Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva toplantıda iştirak edib.

Toplantıya sədrlik edən Mehriban Əliyeva bildirib ki, bu oyunlar ölkəmiz üçün etimad, yeni imkanlar və çox böyük öhdəlik deməkdir: “Bu gün Azərbaycan idman ölkəsi kimi tanınır və bizim ölkəmizdə mötəbər yarışların keçirilməsi bir ənənə halını almışdır. Azərbaycanda mütəmadi olaraq Avropa və dünya çempionatları keçirilir. Həm bizim qonaqlar, həm də mütəxəssislər bu tədbirlərin yüksək səviyyədə keçirildiyini təsdiqləyirlər. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları Avropa idman hərəkatında yeni dövrün başlanğıcı, Azərbaycan isə bu tarixin ilk səhifəsini yazan ölkə olacaqdır. Bir daha qeyd etmək istərdim ki, Azərbaycan xalqı bu oyunları dəyərləndirir və ölkəmizin Avropa idmanının tarixində çox böyük rol oynayacağı bu oyunlarla bağlı məsuliyyətini dərk edir. Eyni zamanda, Azərbaycan hökuməti oyunlara hərtərəfli dəstək verir, onun uğurla keçməsi və Avropa idmançılarının parlaq çıxışları üçün əlindən gələni edir”.

Mehriban Əliyeva Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin birinci iclasından sonra keçən dövrdə bir çox nailiyyətlərin əldə edildiyini vurğulayaraq bildirib ki, bugünkü iclasda görülən işlər haqqında təfərrüatlı təqdimatlar olacaq. Artıq idman yarışlarının cədvəl layihəsi tərtib olunub, oyunlarda iştirak edəcək rəsmilərin, idmançıların, həmçinin medalların sayı və yarışların baş tutacağı günlər nəzərdən keçirilib. İdman tədbirlərinin təşkil olunacağı məkanların siyahısı tamamlanmış, maliyyə məsələləri təhlil olunub.

Mehriban Əliyeva çıxışında Olimpiya şəhərciyində aparılan işlər haqqında da danışıb. Qeyd edib ki, media şəhərciyinin inşa ediləcəyi yer müəyyən olunub, Avropa Olimpiya Oyunlarının rəsmi internet saytının ilkin versiyası yaradılıb, kommunikasiya strategiyası işlənilib, oyunların yayımı məsələsi ilə bağlı razılıq əldə edilib.Bakı şəhərinin oyunlara hazırlıq səviyyəsinin mühüm əhəmiyyət daşıdığını deyən Mehriban Əliyeva bu gün Azərbaycan paytaxtının inkişafı ilə bağlı layihələrin icra olunduğunu, yeni aeroportun inşa edildiyini, istirahət məkanlarının, parkların salındığını diqqətə çatdırıb.

Mehriban Əliyeva qalan müddətdə bütün əlaqəli qurumlar arasında sıx əməkdaşlığın təmin olunmasının vacibliyini bildirib və Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.

Sonra çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən işləri yüksək qiymətləndirib və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildiriblər.

arxiv.bizimxeber.az



“Azərbaycan bu tarixin ilk səhifəsini yazan ölkə olacaq” yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə