Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Göbələkdən zəhərlənəndən biri də öldü
Göbələkdən zəhərlənəndən biri də öldü
28 Oktyabr 2013 / 17:15 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Zaqatalada göbələkdən zəhərlənən ailənin daha bir üzvü dünyasını dəyişib. arxiv.bizimxeber.az-ın  Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 23-də Zaqatala rayonu Yuxarı Tala kənd sakini Məhəmməd Balaşov evindən qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib və oktyabrın 26-da orada ölüb.

Qeyd edək ki, oktyabr ayının 23-də də Zaqatala rayonundan göbələkdən zəhərlənmə faktı qeydə alınıb.

Rayonun Yuxarı Tala kənd sakinləri, bir ailənin 4 üzvü – 1968-ci il təvəllüdlü Balaşov Seyfullah Həsən oğlu, onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Həmzəyeva Mehriban Qurban qızı və iki azyaşlı övladları – 2003-cü il təvəllüdlü Balaşova Zümrüd Seyfullah qızı və 2005-ci il təvəllüdlü Balaşov Məhəmməd Seyfullah oğlu göbələk və xaş yedikdən sonra güclü zəhərlənmə diaqnozu ilə Zaqatala MRX-a daxil olub. Zümrüd Balaşovadan başqa, ailənin 3 üzvü müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

10 yaşlı Zümrüd Balaşova isə həkimlərin səyinə baxmayaraq, oktyabrın 25-də Zaqatala MRX-nın reanimasiya şöbəsində keçinib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə