Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ Saakaşviliyə Gürcüstandan “qaç” dedi
ABŞ Saakaşviliyə Gürcüstandan “qaç” dedi
28 Oktyabr 2013 / 17:33 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

ABŞ rəsmiləri Gürcüstanın artıq keçmiş sayılacaq prezidenti Mixail Saakaşviliyə ölkəsini tərk edərək müəyyən müddətə də olsa Amerikaya getməyi məsləhət görüb.

Virtualaz.org saytı bu barədə “Frans Press” agentliyinə istinadən xəbər verir. Məlum olduğu kimi, Saakaşvili hazırda özünü rahat hiss etmir. Baş nazir İvanişvili dəfələrlə deyib ki, Saakaşvili prezidentlik müddəti başa çatandan sonra qanun qarşısında cavab verməli olacaq. Amma Saakaşvili özü bir neçə gün öncəki açıqlamasında Gürcüstanı tərk etmək fikrinin olmadığını deyib.

Qeyd edək ki, Gürcüstandakı 27 oktyabr prezident seçkisi ərəfəsində baş nazir Zurab Jvaniyanın cəsədinin təkrar istintaq üçün ekshumasiyası məsələsi gündəmə gətirilib. Xatırladaq ki, Jvaniya 2005-ci il, fevralın 3-nə keçən gecə Tiflisdə ölü tapılıb. Rəsmi versiyaya görə, o, bədbəxt hadisə nəticəsində ölüb. İstintaq isə burada qətl versiyasının olduğunu istisna etmir.

Bununla belə Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Margvelaşvili bəyan edib ki, Saakaşvili heç bir halda təqib olunmayacaq: “Avropa ölkələri öz vətəndaşlarını siyasi baxışlarına görə təqib etmir. Belə hal indiyə qədər Gürcüstanda da olmayıb və yoxdur. Prezident prokurorların işinə qarışmasa da yalnız onu deyə bilərəm ki, mənim tərəfimdən heç kimə qarşı siyasi təqiblər olmayacaq”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə