Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Üzeyir Cəfərov MN-nin mətbuat xidmətinə rəis gətirilir?
Üzeyir Cəfərov MN-nin mətbuat xidmətinə rəis gətirilir?
28 Oktyabr 2013 / 17:46 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Yaxın vaxtlarda “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, istefada olan polkovnik-leytenant Üzeyir Cəfərovun Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsinə təyin edilməsi gözlənilir.

Publika.Az-ın əldə etdiyi məlumata görə, artıq sözügedən məsələ ilə bağlı yaxın günlərdə nazirin əmr imzalaması istisna edilmir. Üzeyir Cəfərov isə sözügedən məsələ ilə bağlı Publika.Az-a açıqlamasında deyib: “Əgər yeni müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyi kimi ciddi bir qurumun ictimaiyyətlə əlaqələrini və mətbuatla münasibətlərini tənzimləmək üçün mənim gücümdən istifadə etmək istərsə, böyük məmnuniyyətlə ona kömək etməyə hazıram.

Mən uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr və məlumatın yayılması şöbəsinin rəisi vəzifəsində çalışmışam. Azərbaycanın ilk diplomlu hərbi jurnalist zabit kadrıyam. Mən Livov Ali Hərbi Siyasi Məktəbinin hərbi siyasi jurnalistika fakültəsini bitirmişəm. Şükürlər olsun ki, mənim MDB və digər xarici ölkələrlə yaxşı əlaqələrim var. Bundan əlavə, mənim Azərbaycanda jurnalistlərlə də çox yaxşı münasibətlərim mövcuddur. Hətta, bəzən mən jurnalistlərdən azərbaycançılıq nöqteyi-nəzərdən bəzi məlumatların verilməməsini xahiş edirəm. Bir sözlə, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən mənə hər hansı təklif olarsa, mən onu icra etməyə hazıram.Bu ilin dekabrında mənim 50 yaşım tamam olur. Mən 1994-cü ildə polkovnik-leytenant hərbi rütbəsini almışam. Hazırda da peşəkar hərbi jurnalistəm”.

Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Silahlı Qüvvələrdən tərxis olunması barədə raport yazıb.Eldar Sabiroğlu raportda müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan Silahlı Qüvvələrdən tərxis olunmasını xahiş edib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə