Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elşad Abdullayev ölü tapılan cangüdənindən danışdı – FOTO
Elşad Abdullayev ölü tapılan cangüdənindən danışdı – FOTO
29 Oktyabr 2013 / 1:06 / Baxış sayı: 150
Font1 Font2 Font3 Font4

Hazırda Fransada mühacirət həyatı yaşayan, ABU-nun keçmiş rektoru Elşad Abdullayev “Azadlıq”a açıqlamasında bildirdi ki, Ramin Qədimov  mühafizə xidmətinin rəhbəri yox, əməkdaşı olub: “Mühafizə xidmətinin rəhbəri başqa bir şəxs olub. Ancaq yayılan məlumata inanmıram. Çünki Ramin Qədimovu idmançı kimi tanımışam. O, narkotikadan uzaq adam olub. Öz işini görər, hər gün idman edərdi”.

Elşad Abdullayev bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanı 21 sentyabr 2010-cu ildə tərk edib və heç vaxt onunla əlaqə saxlamayıb: “Ramin sadəcə təəssübkeş bir adam olub. Atası dünyasını dəyişmişdi. Anasıyla yaşayırdı. Heç vaxt onun içki içdiyinin şahidi olmamışam”.

*   *   *

Ötən həftə Bakının Sabunçu rayonu ərazisində “Mercedes” marakalı avtomobilin arxa oturacağında ölü tapılmış şəxslə bağlı yeni ilginc məlumat yayılıb.

Virtualaz.org saytı vesti.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə bu şəxsin hazırda fəaliyyət dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin mühafizə xidmətinin rəhbəri olduğunu bildiriblər.

Universitetin sabiq rektoru Elşad Abdullayev hazırda Fransada mühacirətdədir.

Bildirilir ki, oktyabrın 23-də ölü tapılan, Ermənistanda anadan olmuş Ramin Qədimov keçmiş polisdir. O, DİN-in mühafizə idarəsində xidmət edib və ABU-nun mühafizəsini həyata keçirib. Lakin xidmətdə yol verdiyi nöqsanlara görə polisdən xaric olunub.

Son vaxtlar R.Qədimov Nərimanov rayonundakı “İnam” klinikasının mühafizəçisi işləyirmiş. Araşdırma zamanı məlum olub ki, həmin şəxs öz əcəli ilə ölməyib. Hadisə yerində kriminalistlər istifadə olunmuş şpris tapıblar. Ehtimal olunur ki, R.Qədimov bədəninə narkotik maddə vurub. Həkim-ekspert rəyinin nəticələri hələ hazır deyil. Bununla belə Qədimovun bədənində bir neçə iynə yeri olub. Həmçinin o, ölümündən əvvəl spirtli içki də qəbul edib.

Məlumata görə, R.Qədimov avtomobil idarə edərkən özünü pis hiss edib, dayanıb və arxa oturacağa oturaraq keçinib. Araşdırma davam edir. 

Qeyd edək ki, R.Qədimov ANS-in mühafizə xidmətində də işləyib. O, bir neçə il əvvəl “Bakıfilm” kinostudiyası tərəfindən çəkilmiş “Seçilən” filmində “Saşa” rolunun ifaçısı olub.

Virtualaz.org



Elşad Abdullayev ölü tapılan cangüdənindən danışdı – FOTO yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə