Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zakir Həsənovun ciddi sual doğuran yeni təyinatları
Zakir Həsənovun ciddi sual doğuran yeni təyinatları
29 Oktyabr 2013 / 12:31 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4

Müdafiə Nazirliyi (MN) nazirlikdə aparılan kadr islahatlarına münasibət bildirib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev açıqlamasında bildirib ki, MN-də kadr islahatları aparılır və burda qeyri-adi heç nə yoxdur: “Məsələ bundadır ki, hərbi xidmətdə son yaş həddini keçmiş yüksək və ali rütbəli zabitlər tərxis edilir, bununla yanaşı, uzun illər bir yerdə qərarlaşmış yüksək və ali rütbəli zabitlər rotasiya qaydası ilə dəyişdirilir”. T. Abdullayev qeyd edib ki, atılan addımlar işin səmərəliliyini artırmağa, eyni zamanda islahatların daha çevik və uğurlu həyata keçməsinə yönəlib: “İstər yerlərdən mərkəzə gətirilən, istərsə də mərkəzdən yerlərə göndərilən hərbi qulluqçular bunu anlayışla qarşılayırlar. Çünki bütün rotasiyalar «Hərbi xidmətkeçmə haqqında əsasnamə» ilə tənzimlənir və ordumuzun güclənməsinə xidmət edir. Bu gün rütbəsindən asılı olmayaraq, bütün şəxsi heyət Silahlı Qüvvələrin Ali Baş Komandanının qarşıya qoyduğu məqsədlərə çatmaq üçün cənab nazirin əmr və tapşırıqlarını yerinə yetirməyə hazırdır”.

*   *   *

Dünən – oktyabrın 28-də yeni müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Piri İsrafilovu tutduğu vəzifədən azad edib.

Virtualaz.org bildirir ki, bu barədə hərbi ekspert Ü.Cəfəorv məlumat verib.

O bildirib ki, adıçəkilən general bu il 26 iyun tarixində bu rütbəyə layiq görülənlərdəndir və onun general olması bir çoxları üçün şok effekti yataratmışdı: “O, nazirliyin yanacaq-sürtkü materiallarına cavabdehlik daşıyan şəxs idi”.

Ü.Cəfərov yeni təyinatlarla bağlı bunları da əlavə edib: “Silahlı Qüvvələrin Akademiyasının rəisi, general-mayor Nəcəf Qəmbərov da vəzifəsindən çıxarılıdı. Onun yerinə isə son günlər mətbuatın dostu olan general-mayor Altay Mehdiyevin təyin olunduğu bildirilir.

Digər maraqlı bir xəbər isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsini icra edən polkovnik Mirzəli Yusifovla bağlıdır. Uzun müddət nazirliyin Mühafizə Alayının komandiri olmuş bu şəxs də, verilən məlumata görə, tutduğu vəzifədən kənarlaşdırılıb. Və hesab edirəm ki, bu da düzgün qərardır. Çünki bu şəxs Qarabağ savaşının ən qızğın çağında Murovdağda yerləşən hərbi hissəyə təyinat almasına baxmayaraq xidmət yerinə deyil, Rusiyaya getmişdi. Sonra isə çox müəmmalı şəraitdə nazirlikdə peyda oldu və vəzifəyə təyinat aldı. Hörmətli Hərbi Prokurorluq bu günə kimi bu məsələyə niyə aydınlıq gətirməyib, deyə bilmərəm. Amma Mirzəli Yusifovun “belində” cinayət işi hələ də açıq qalır.

Hərbi Məktəbin zabitlərindən biri – polkovnik Mübariz Rzayev nazirliyin komendantı təyin edilib. Müdafiə Nazirliyində elə bir şok təyinat həyata keçirilib ki, şəxsən mən inanmaq istəmədim və gözləyirəm ki, nazirlik təmsilçiləri özləri buna aydınlıq gətirsinlər. Olmazsa, gün ərzində ehtiyatdan gətirilmiş bir baş leytenantın mühüm bir ocağa necə və niyə rəhbər təyinatına münasibət bildirəcəyik. Şəxsən bu yanaşma hesab edirəm ki, anlaşılan deyil. Belə olmaz. Digər təyinatlar da həyata keçirilib”.

Üzeyir Cəfərov mətbuatda və sosial çəbəkələrdə onun naziriliyin mətbuat xidmətinə rəhbər gətirilməsi haqda yazılanlara bir daha aydınlıq gətirib: “Atrıq iki gündür ki, həm sosial şəbəkələrdə, həm də mətbuat səhifələrində mənim guya yeni vəzifəyə təyinatımla bağlı çox qızğın müzakirələr və mübahisələr gedir. Qısac a olaraq bildiriəm ki, özünüzü yormayın və bəzən isə heç mübahisə də etməyin. Axşam məsələ həll olunub. Bir də sonda məni açıq və ya gizli tənqid edən və bəzən təhqir edən yoldaşların nəzərinə. Onsuz da məni indiyə kimi necə tanımışdınızsa, bundan sonra da mən əvvəlki kimi öz vicdanımda, öz əqidəmdə qalacağam. Hamınıza uğurlar. Ən əsası isə görülən işlər Azərbaycan Silahlı Qüvvələri üçün xeyirli-uğurlu olsun. Vəzifəyə gələnlər də, gedənlər də bu mühüm amili unutmamalıdırlar”.

arxiv.bizimxeber.az



Zakir Həsənovun ciddi sual doğuran yeni təyinatları yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə