Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Millət vəkilləri “Avronest”lə bağlı sərt danışdılar
Millət vəkilləri “Avronest”lə bağlı sərt danışdılar
29 Oktyabr 2013 / 12:37 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

“Avropadan qorxmaq niyyətimiz yoxdur” 

 Millət vəkilliəri bu gün Milli Məclisin pelanar iclasında Azərbaycanın Avronest Parlament Assambleyasından çıxmasını müzakirə ediblər.  Millət vəkili Zahid Orucbildirib ki, seçkidən sonra Azərbaycana qarşı beynəlxalq təzyiqlər artmağa başladı:

“Xalqın iradəsini heç bir siyasi bəyanat dəyişdirə bilməz. Son zamanlar belə fikirlər ki, Azərbaycan xarici siyasət kursunu dəyişir. Avropaya inteqrasiyada əl çəkir. Bizim Avropadan qorxmaq niyyətimiz yoxdur. Rusiyanın deqidasiya altında formalaşacaq quruma qoşulmaq fikrimiz yoxdur”.

Fərəc Quliyev də çıxışında deyib ki, hansısa qurumun bəyanatlarını Azərbaycana qarşı qəbul etməməliyik:

“Azərbaycan əminliklə bu tərəfdaşlıqda iştirak edir. Azərbaycan Qərbə inteqrasiyada bütün məsələlərdə öz töhfələrini verib. Demokratiya, terrorizm də öz töhvəsini verib. Azərbaycanın bütün qərb dövlətləri ilə əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Biz keçən il Avronestdə ermənilərin 32 təklifinin keçməməsinə imkan verdik. Azərbaycan doğru yoldadır”.

Siyavuş Novruzov isə qeyd edib ki, Azərbaycanda keçirilmiş seçkilərə ATƏT DTİHB və Avronest Parlament Assambleyasının qərəzli yanaşması riqqət doğurur. Azərbaycan xalqı hakimiyyəti formalaşdırır:

“Ömrü boyu ATƏT Azərbaycana qarşı qərəz nümayiş etdirir Bunlar öz qərəzli məqsədlərindən əl çəkmirlər. Onları Amerika, Rusiyada keçirilən seçkilərə buraxmadılar. Avropa Parlamenti müşahidə missiyası seçki haqqında yüksək şəkildə bəyanat yayıb. Biz bu gün Sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələni həll etməliyik. İndi bu şəhərin mərkəzində də bu azadlığı həyata keçirmək üçün yer verilib. Ancaq mitinqlərdə şəxsiyyət təhqir edilir. Bunların məqsədi Azərbaycanda qarşıdırma yaratmaqdır. Qanunun aliliyini pozmaqdır. Kimliyindən asılı olmaayarq hamı qanunun aliliyinə əməl etməlidir”.

İqbal Ağazadə isə əlavə edib ki Azərbaycan Avropaya inteqrasiya yolundan çəkilməməlidir:

“Avropa Birliyi bu yaxınlarda Ermənistana qarşı bəyanata qəbul edib. Bu da nəzərə alınmalıdır”.

Asim Mollazadə isə vurğulayıb ki, bir qeyri hökumət təşkilatı kimi ATƏT DTİHB üzərində düşən öhdəlikləri yerinə yetirməyib:

“Azərbaycan ATƏT-də təmsil olunsa bu qrumda təmsil olunmayıb. Ermənilərdən 4 nəfər nümayəndə bu qurumda iştirak edir. Təbii ki Ermənilərin və onların arxasında dayanan imoeriya şəbəkəsi Azərbaycanı meyvə tərəvəz bazasına çevirmək istəyirlər. Bizi inkişaf yolundan saxlamaq istəyirlər. Azərbaycan inkişaf Avroatlantik məkana inteqrasiya yolunu seçib”.



Millət vəkilləri “Avronest”lə bağlı sərt danışdılar yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə