Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

«Laçın» Tibb Mərkəzində qiymətlər soyğunçuluq həddində
«Laçın» Tibb Mərkəzində qiymətlər soyğunçuluq həddində
29 Oktyabr 2013 / 13:14 / Baxış sayı: 2644
Font1 Font2 Font3 Font4
Burda həkimin qəbulu müəllimin bir aylıq maaşı qədərdir; şikayətçi pasientlər buna baxmayaraq müəlicənin heç bir effekt vermədiyini iddia edirlər…
Ölkəmizda son illər özəl klinikaların sayının artması və bu tibb ocaqlarına dövlət nəzarətinin olmaması çox ciddi problemlərin yaranmasına gətirib çıxarıb.
Özəl tibb ocaqlarında həkimin qəbul qiymətinin az qala vətəndaşın aylıq maaşı qədərinə çıxması isə əsl biabırçılıqdır.
Belə bir tibb müəsissələrdən biridə Binəqədi rayonunda yerləşən «Laçın» Tibb Mərkəzidir. Adını çəkdiyimiz mərkəzlə bağlı mətbuatda dəfələrlə şikayət dolu yazılar dərc olunmasına baxmayaraq aidiyyatı orqanlar nədənsə heç bir tədbir görmürlər. Qeyd edək ki, «Laçın» klinikası son illər ölkə ictimaiyyətinə androloji problemlərin müalicəsi adı altında reklam olunur. Hətta televiziya kanallarında hər gün androloji problemi olan insanların müalicə alaraq sağalmasını belə göstərirlər.
Bəs andraloji xəstəlik nədir?
Andraloji xəstəlik insan orqanizmində hansısa bir mübadilənin çatışmaması nəticəsində  cinsiyyət orqanında yaranmış bir problemdir. Sadə vətəndaşlarımızın dili ilə desək kişi sonsuzluğu. Ancaq bu problem həqiqətəndə xarici ölkələrdə müalicə olunaraq aradan qaldırılır.
Bu gün Laçın klinikası reklamlarında  androloji problemlərin yeganə mərkəzi kimi təbliğ olunur. Halbuki Respubilka Dəri Zöhrəvi və Bakı şəhəri Dəri-Zöhrəvi dispansrləri uzun illərdir ki, kişilərin cinsi problemləri ilə, o cümlədən sonsuzluq, cinsi infeksion xəstəlikləri və cinsi zəiflik kimi xəstəliklərlə məşğul olurlar. Bundan başqa yerli dövlət xəstəxanalarındada androloq-uroloq ixtisaslı həkimlər, androloqların məşğul olduğu xəstələrin müalicəsini həyata keçirən dəri-zöhrəfi kabinetlərdi və şöbələri mövcuddur.
Bunları sadalamaqda məqsədimiz odur ki, yəni Laçın klinikası yaranmamışdan qabaq da ölkəmizdə bu cür problemli xəstələrimizi müalicə edən çoxlu sayda həkimlərimiz olub.
«Laçın» klinikasında həkimin qəbulu müəllimin bir aylıq maaşı qədərdir
«Laçın» klinikası ilə bağlı readksiyamızın poçt qutusuna gələn çoxsaylı şikayət məktublarına nəzər yetirəndə məlum oldu ki, adı çəkilən tibb mərkəzində əsl soyğunçuluq hökm sürür.
Şikayətçilər bildirirlər ki, Türkiyə və İran İslam Respubilkasının səhiyyə atestasiyasından keçməyən həkimləri gətirərək onların əli ilə vətəndaşları həqiqi mənada soyurlar. PİA.AZ-a daxil olan şikayət məktublarında bildirilir ki, Türk və İran həkimlərinin qəbuluna giriş 50 və 100 manat arasında dəyişir. Xarici həkimlər əsasən kişi zəifliyi, qadinlarda uşaq sonsuzluğu  və nevraloji xəstəlikləri müalicə edirlər.
Şikayətçi bir xanım yazır ki, uşaq sonsuzluğuna görə «Laçın» klinikasında müalicə olunub və həkim ona 1 analiz əvəzinə 3-4 analiz yazıb. Eyni zamanda bir aparat əvəzinə 3 aparatdan keçirərək xəstə xanımdan külli miqdarda vəsait alıblar. Bildirilir ki, diqnoz aparatına düşmək 100-150 manat arasında dəyişirdi.
Şikayətçi qadın bildirir ki, 3 ay müddətinə aldığım müalicənin heç bir xeyri olmayıb və əvəzində «Laçın»  klinikası müalicə müddətimdə 1000 manata qədər vəsaitini alıblar.
Başqa bir məktubda isə vətəndaş yazır ki, məni iranlı bir həkim baş ağrısı ilə bağlı müalicə edirdi. Başımın ağrısına görə dəfələrlə başqa həkimlərə və aparatlara düşsəmdə Laçın klinikasının həkimi məni yenidən həmin xəstəxanadakı MRT və tomoqrafiya aparatından keçirtdi. Hər iki aparata ümumilikdə 250 manat pul aldılar. Şikayətçi qeyd edir ki, İranlı həkim məni 2 kurs müalicə etsədə heç bir xeyri olmadı, əksinə xəstənin baş ağrıları artıb.
Nəzərinizə çatdıraq ki, bu cür şikayət məktublarının sayı çoxdur. Çünki Laçın klinikası həqiqətəndə ümidlə müalicəyə gələn vətəndaşlarımızdan sui istifadə edərək onları soymaqla məşğuldur.
Onuda nəzərinizə çatdıraq klinikada fəaliyyət göstərən iranlı və türk həkimləri ilə bağlı araşdırmamız davam edir yaxın günlərdə həmin həkimlər barəsində ətraflı məlumat verəcəyik.
Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq…
pia.az


«Laçın» Tibb Mərkəzində qiymətlər soyğunçuluq həddində yazısına 4 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə