Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş nazirin müavini müharibə mesajları verdi
Baş nazirin müavini müharibə mesajları verdi
29 Oktyabr 2013 / 13:24 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

ATƏT-in Minsk qrupunun 20 ildir gördüyü işin heç bir nəticəsi yoxdur. Beynəlxalq təşklilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı lazımı qətnamələr qəbul ediblər. Lakin əfsuslar olsun ki, bu qətnamələrin heç biri indiyə qədər yerinə yetirilməyib. arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Zəngilanın Ermənistan tərəfindən işğalının 20 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, əgər Ermənistan konstruktiv bir mövqeyə gəlməsə, beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələrini yerinə yetirməsə, Azərbaycan istənilən yolla, o cümlədən hərbi yolla öz torpaqlarını işğaldan azad edəcək, bunu cənab Prezident də deyib.

Baş nazirin müavininin sözlərinə görə, əgər dünyada belə çoxşaxəli standartlar varsa, bizim yeganə arxalanacağımız yer dövlət və cənab Prezident İlham Əliyevdir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə