Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağdaş Mərkəzi Xəstəxanasında daha bir uşaq ölümü
Ağdaş Mərkəzi Xəstəxanasında daha bir uşaq ölümü
29 Oktyabr 2013 / 15:52 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4
Ağdaş Mərkəzi Rayon Xəstəxanasında (MRX) yeni doğulan uşaq dünyasını dəyişib
1976-cı il təvəllüdlü Göyçay rayon sakini Qədirova Könül Ağabala qızı övladını dünyaya gətirmək üçün Ağdaş MRX-nın doğum şöbəsinə yerləşdirilib.

Həkimlər ana bətnindəki uşağın qeysəriyyə yolu ilə dünyaya gətirilməsini məsləhət görüblər. Cərrahiyyə şöbəsində əməliyyat olunan Könül Qədirovanın vəziyyəti yaxşı olsa da, yeni dünyaya göz açan körpənin vəziyyəti qəflətən pisləşib və həkimlər onu Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmağı məsləhət görüblər. Yeni doğulan uşaq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, orada isə uşağın Gəncəyə aparılması məsləhət görülüb. Uşaq Gəncəyə aparılarkən yolda dünyasını dəyişib.

Uşağın valideynləri bildirib ki, Göyçay MRX-da təmir-bərpa işləri görüldüyündən, ana doğuş üçün yeni tikilmiş və hər cür şəraiti, müasir avadanlıqları olan Ağdaş MRX-ya aparılıb. Orada isə uşağın çəkisinin çox olduğunu və onun çətin doğulacağını əsas gətirərək qeysəriyyə üsulu ilə götürülməsi məsləhət görülüb. Uşaq əməliyyatdan 3 saat sonra dünyasını dəyişib.

Qeyd edək ki, yeni doğulan uşaq oğlan olub və bu, ananın ailə qurandan 14 il sonra dünyaya gətirdiyi ilk övladı idi. Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Ağdaş Mərkəzi Xəstəxanasında daha bir uşaq ölümü yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə