Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Həbs olunan sabiq nazir Vasif Talıbovun xalası oğludur
Həbs olunan sabiq nazir Vasif Talıbovun xalası oğludur
30 Oktyabr 2013 / 11:24 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

MTN-də saxlanılan Nicat Quliyev barədə sensasion iddia Naxçıvan Ali Məslisinin sədri yaxın qohumunun azadlığı üçün çalışır və bu əməliyyatın arxasındakı qüvvələrin kimliyini bilir; Nicat Quliyevlə bağlı materiallar prezidentə təqdim edildikdən sonra qəti qərar verilib

Bu ilin avqust ayının 7-də həbs edilən Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri əvəzi işləmiş Nicat Quliyevlə bağlı redaksiyamıza sensasion məlumat daxil olub. Məlumatda deyilir ki, artıq 4 aya yaxındır həbsdə olan N.Quliyev Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun doğma xalası oğludur. Məlumatın təfərrüatına keçməzdən öncə onun həbsi ilə bağlı vəkili Elton Quliyevin mətbuata söylədiklərini xatırladaq. Vəkil deyib ki, N.Quliyev avqustun 7-də (yeri gəlmişkən, həmin gün ölkədə Ramazan bayramı qeyd edilirdi və iş günü deyildi) saat 19-da Novxanı qəsəbəsindəki bağ evindən çıxıb və qonşuluqda yerləşən təsərrüfat malları mağazasına gedib. Onun arxasınca mağazaya daxil olan bir neçə nəfər özlərini təqdim etməyərək və heç bir izahat verməyərək N.Quliyevi həbs edib qoluna qandal vurublar. Onlar N.Quliyevi öz avtomobilinin arxa oturacağına əyləşdiriblər və MTN-in inzibati binasına aparıblar. N. Quliyevə hətta evinin yanından keçərkən ev paltarlarını dəyişib, onu gözləyən doğmalarına saxlanıldığını xəbər verməyə belə imkan verməyiblər. 4-5 saat sonra 20-yə yaxın MTN əməkdaşı N.Quliyevin bağında yalnız onun həyat yoldaşının və yetkinlik yaşına çatmamış qızının olduğunu bilə-bilə hasardan adlayaraq bağa daxil olublar. Baxmayaraq ki, səs-küyə çıxan həyat yoldaşı qapını açıb.

Həyat yoldaşı bağa girənlərin hərəkətlərinə nəzarət etmək iqtidarında olmayıb. Ailə üzvlərinin mobil telefonları əllərindən alınıb, onlara evdən çıxmaq qadağan edilib. Heç bir zərurət olmadan avqustun 8-i səhər 7-yə qədər axtarış aparılıb. Nə axtardıqlarını izah etməyən MTN əməkdaşları N.Quliyevin sənədlərini, evdəki kompüterləri, foto və videomaterialları, dəmir seyfi müsadirə ediblər. Xanımı bildirib ki, onların evində və həyətində heç vaxt silah olmayıb. Həm də silahın tapıldığı yardımçı tikilini iki gün əvvəl o özü təmizləyib. N.Quliyev saxlandıqdan dərhal sonra öz vəkili ilə təmin edilməsini və evə zəng etmək imkanının verilməsini tələb edib. Lakin onun tələblərinə məhəl qoyulmayıb. Bir neçə saat sonra ona bildiriblər ki, guya avtomobilindən tapança və 8 güllə müsadirə edilib. Avtomobilə baxış zamanı onun iştirakı təmin edilməyib. Saxlandıqdan sonra avtomobil onun nəzarətindən kənar MTN əməkdaşlarının sərəncamında olub. N.Quliyev ona qarşı irəli sürülmüş ittiham mətnindən öyrənib ki, onun bağında avtomat silah, əl qumbaraları və digər döyüş sursatları aşkar edilib. O, ittiham saxta olduğu üçün ifadə verməkdən imtina edib. Bununla belə, Səbayel Rayon Məhkəməsinə gətirilib və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. MTN-in rəsmi açıqlamasında isə bildirilib ki, N.Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir. Oktyabrın 7-də N.Quliyevin həbs müddəti daha 2 ay artırılsa da, onun istintaqının gedişi, eləcə də həbsinin əsl səbəbləri barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, 1993-95-ci illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edən N.Quliyev 2004-cü ilədək Acarıstan prezidenti Aslan Abaşidzenin müşaviri postunda da çalışıb.

Türkiyə və Azərbaycanda bizneslə məşğul olan N.Quliyev 2005-ci il oktyabrın 19-da da müəmmalı şəkildə həbs edilib. Onun dövlət çevrilişinə cəhddə iştirakı araşdırılıb. Amma sonda ona rəsmi olaraq yalnız polisə müqavimət ittihamı verilib. Az sonra da azadlığa buraxılıb. Bundan sonra onunla bağlı siyasi çevrələrdə və mətbuatda heç bir məlumat olmayıb.

N.Quliyevin həbsindən öncə Milli Şura rəhbərliyi ilə görüşmək istəməsi barədə məlumatlar vardı və sonradan Rüstəm İbrahimbəyov onunla belə bir təmas olduğunu təsdiqləmişdi. Milli Şura sədri demişdi ki, N.Quliyev bir neçə dəfə ona zəng edib. “Ona görə də onun bağına silah, sursat, top-tüfəng atıb türməyə basdılar. Cəmi iki-üç zənginə görə. Özü də bu, siyasətlə bağlı zənglər deyildi. Biz çoxdan tanışıq, elə-belə hal-əhval soruşmaq üçün zəng etmişdi” deyə, R.İbrahimbəyov bildirmişdi. Onun həbsinin Milli Şuraya qarşı istifadə ediləcəyi deyilsə də, iqtidar bu addıma getmədi. İndi niyə bu məsələnin daha da dərinləşdirilməməsinin səbəbi üzə çıxır. Ortada Vasif Talıbov faktoru varmış…

Məlumata görə, N.Quliyevin atası sovet dövründə DTK-da işləyib. N.Quliyev də Yevlaxda-atasının xidməti ezam olunduğu rayonda anadan olub. V.Talıbovun qohumları sırasında N.Quliyevə münasibəti həmişə isti olub. O, hər Naxçıvana gələndə V.Talıbov şəxsən onu qarşılamaq üçün aeroporta gedib və öz evində qonaq saxlayıb. N. Quliyevin 2005-ci ildə məhz Vasif Talıbovun xahişi və səyi nəticəsində həbsdən buraxıldığı da iddia olunur. Bu dəfə isə N.Quliyevlə bağlı ittihamlar o qədər ciddidir ki, V.Talıbov neçə aydır onu həbsdən buraxdıra bilmir. Xəbərə görə, hakimiyyətin ən qüdrətli şəxslərindən olan, üstəlik, eks-prezident Heydər Əliyevə yaxın qohumluğu çatan V.Talıbovun xalası oğlu ilə bağlı məsələ prezidentə məruzə edilib. Onun R.İbrahimbəyovla (ehtimal edilir ki, N.Quliyev Milli Şurada başqa şəxslərlə də telefonla danışıb və onlar da qeydə alınıb) telefon danışıqları xüsusi-xidmət orqanları tərəfindən fiksə edilib. Prezidenti inandırıblar ki, məsələ daha ciddidir və onun həbsi qaçılmazdır. Bundan sonra isə onun həbsinə qərar verilib. Mənbə deyib ki, məsələ ilə bağlı V.Talıbov prezidentlə də görüşüb. “Prezidentin seçkiqabağı Naxçıvana getməməsinin səbəblərindən biri də bu həbslə bağlıdır. Vasif Talıbov hakimiyyət üçün çox vacib və inanılmış bir fiqurdur. Amma görünür, yaxın qohumunun müxalifətlə əlaqəyə görə həbs edilməsi onu incidib. ”Yəni mənə deyərdiniz, özüm cəzasını verərdim” kimi narazılığını da ifadə edib” deyə, qaynaq “Yeni Müsavat”a bildirib.

V.Talıbov bu həbsi daha çox Bakıdakı – hakim komandadakı rəqiblərindən görür. Məlumdur ki, “Naxçıvan xanı” uzun müddətdir ki, Bakıdakı bəzi nazirlərin muxtar vilayətə gəlməsinə qadağa qoyub. Bu və digər səbəblərdən Bakıda çoxlu güclü düşmən qazanan V.Talıbov bu əməliyyatı özünə qarşı qurulmuş kompromat hesab edir. Ali Məclis sədrini narazı salan məsələlərdən biri də N. Quliyevin onun yaxın qohumu olduğunu bildikləri halda həbs edilərkən ailəsinə qarşı olan davranışdır. Yuxarıda da xatırlatdığımız kimi, həbs edilərkən N. Quliyevə ailəsinə xəbərdarlıq etməyə imkan verilməyib. Xanımı (himnimizin müəllifi Əhməd Cavadın nəvəsidir) həyat yoldaşının evə qayıtmamasından və telefonuna zəng çatmamasından ciddi sarsıntı keçirib. Ailəsi bütün qohumlarına zəng edərək N.Quliyevi axtarıb. Yalnız “qaramaskalılar” Novxanıdakı bağ evinə hasardan düşdükdən və axtarış apardıqdan sonra onun həbs edildiyi məlum olub. Məlumatda deyilir ki, V.Talıbov bu münasibətdən də bərk qəzəblənib… N.Quliyevin həbsinin V.Talıbovun zəiflədilməsi, Bakıdakı nazirlərə sayğısız münasibətinin cavabı kimi də izah etmək olar. Məlumatlar var ki, ona qarşı Bakıdakı hansı güclərin hərəkətə keçdiyi V.Talıbova məlumdur, amma bu barədə o hətta yaxın ətrafına da heç nə danışmır. Amma N.Quliyevin Rüstəm İbrahimbəyovla nələrdən danışması da hələlik istintaq sirridir. Bu baxımdan, hadisəyə birmənalı qiymət vermək çətindir. Görünür, telefon danışıqlarında elə məqamlar var ki, prezidentə və digər yetkililərə ciddi təsir edib və bu səbəbdən də Vasif Talıbovun cəhdləri nəticəsiz qalıb.

Maraqlıdır ki, V.Talıbovun Bakıdakı ən ciddi dayaqlarından biri olan prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun da yaxın qohumları – bacısı oğlu və digərləri həbs edilib. May ayında saxlanan bacıoğlu və digər əqrəbalara ötən ay məhkəmənin hökmü ilə iş də kəsilib. B.Əyyubovun bacısı oğluna 2 il həbs cəzası verilib. Nəzərə alınacaq daha bir detal – qısa müddət öncə Bəylər Əyyubovun dövlətin çeşidli nöqtələrindəki adamlarına qarşı qəfil əməliyyatlar keçirilib. Onlardan saxlananlar da var. Generalın biznesi, nəzarətindəki sferalar məhdudlaşdırılb. O cümlədən artıq ölkənin giriş nöqtələrindəki gömrük və sərhəd məntəqələrinə nəzarət Bəylər Əyyubovun əlindən alınıb (musavat.com).



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə