Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nəcməddin Sadıxovla bağlı SENSASİON məlumatlar
Nəcməddin Sadıxovla bağlı SENSASİON məlumatlar
30 Oktyabr 2013 / 12:09 / Baxış sayı: 70
Font1 Font2 Font3 Font4

Müdafiə Nazirliyindən bir nəfər işdən azad edilməli və məhkəməyə verilməlidir – o da Nəcməddin Sadıxovdur”. Bunu Avrasiya.net-ə İsveçdə məskunlaşan, Demokratik Azərbaycan Hərəkatının üzvü Azərbaycanın Milli Qəhrəmanı Şahin Şuşalı deyib.

Onun sözlərinə görə, müharibənin uduzmasına əsas səbəbkarlardan biri həmin şəxs olub: “Bunu tam məsuliyyətlə deyirəm. Əlimdə kifayət qədər faktlar var, amma bunu indi sübut etmək çətindir. Bir faktı deyim, Kəlbəcəri düşmənə peşkəş edilməsində onun əməyi olub. İndiki nazir doğrudan da vətənə xidmət etmək istəyirsə Sadıxovu istefaya göndərməlidir. Ondan sonra nazirlikdə heç kim kənara məlumat ötürməyəcək”.

Milli Qəhrəman bildirib ki, nazirlikdəki informasiyaları Sadıxov Rusiya, oradan isə bu dövlətin müttəfiqlərinə ötürülürdü: “Belə olmasaydı Azərbaycan çoxdan müharibəni udmuşdu.  Bir də bu mənin intusiyamdır”.

Ş.Şuşalı bildirib ki, Kəlbəcərin işğalı vaxtı N.Sadıxov korpus komandiri idi: “Hər bir məğlubiyyət, bir kənd və yaxud da rayonun verilməsində məsuliyyət birinci növbədə korpus komandiri, sonra da briqada və batalyon komandirləri cavabdehdir. Yoxsa komandir batalyonu tutdurub onu təqsirkar etmək düzgün deyil. Sadıxov isə bunu etdi. Kəlbəcərin verilməsində o, batalyon komandiri olan Garay Əsədovu tutdurdu. Amma onun “sudekspertləri” İsa Sadıqovla, general Tacəddin Mehdiyev olmuşdular. Onlar komandiri azad etdilər. Bir sözlə Rusiya əbəs yerə Nəcməddinə Dağıstanın Milli Qəhrəmanı adının vermədi. Milliyyəti ləzgidir”.

Vikipediyadan əldə etdiyimiz məlumata görə, Nəcməddin Hüseyn oğlu Sadıkov 1956-cı ildə Dərbənd şəhərində anadan olub. Ailəsi bura Dərbənd rayonu Bilici qəsəbəsindən köç edib. Milliyyətcə ləzgi olduğuna dair iddialar vardır.1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbini bitirib. 1979-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində tağım, bölük, tabor komandiri və alay komandirinin müavini vəzifələrində xidmət edib. 1985-1988-ci illərdə Moskva şəhərindəki Frunze adına Hərbi Akademiyada təhsilini davam etdirib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib.

Ona Dağıstanın Milli Qəhrəmanı adı isə 2011-ci ildə verilib və sənəd Bakıda Dağıstanda fəaliyyət göstərən “Şamil fondu”nun nümayəndələri tərəfindən təqdim edilib.

Yazıda adı çəkilən general N.Sadıxovun da münasibətini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Nəcməddin Sadıxovla bağlı SENSASİON məlumatlar yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə