Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

2 yaşlı qız anasının məzarı üstə…
2 yaşlı qız anasının məzarı üstə…
30 Oktyabr 2013 / 13:23 / Baxış sayı: 106
Font1 Font2 Font3 Font4

Tənqidçi Elnarə Tofiqqızının ölümündən bir aydan çox vaxt keçib

Bu gün onun həyat yoldaşı, tanınmış jurnalist Anar Niftəliyev şəxsi facebook səhifəsində 2 yaşlı qızı İncinin anasının ziyarətində olan şəkillərini paylaşıb. Jurnalist qızının anasının məzarına ilk gəlişini əbədiləşdirib.  Qeyd edk ki, Anar Niftəliyevlə Elnarə Tofiqqızı 10 il qabaq ailə qurublar. İki qız övladları var. Böyüyünün 8, kiçiyinin isə 2 yaşı var. Anar Niftəliyevin sözlərinə görə, böyük qızı anasının ölümündən xəbərdar olsa da , İnci hələ də nəyin baş verdiyini dərk etmir.

Xatırladaq ki, Elnarə Tofiqqızı sentyabrın 20-də Bakıdakı «MediSina» Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı keçinib.  Dünən Azərbaycan Səhiyyə Nazirliyinin Birləşmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi bu ölümlə bağlı yekun rəyini verib.  Rəyə görə, Elnarə Tofiqqızının ölüm səbəbi kəskin nəfəs çatışmazlığı olub. Yekun rəy məhkəmə tibbi ekspertizasına təqdim olunub.  Həyat yoldaşı jurnalist Anar Niftəliyev isə onun ölümündə həkimləri günahlandırır:  “Ölümün səbəbi kimi göstərilmiş nəfəs çatışmazlığı burda həkimlərin birbaşa günahkar olduğunu sübut etdi. Ümumiyyətlə, mən bundan sonrakı həyatımda həkim terroruna qarşı mübarizə aparacam”.

Tənqidçinin ölümü ilə bağlı cinayət işi isə hələ sentyabr ayında başlanıb. Nəsimi Rayon Prokurorluğu işi Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə araşdırır.dia.az

arxiv.bizimxeber.azelnarenin qizi



2 yaşlı qız anasının məzarı üstə… yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə