Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazir müavini etiraf etdi
Nazir müavini etiraf etdi
31 Oktyabr 2013 / 12:46 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Qeysəriyyə əməliyyatı barədə Milli Məclisin qəbul etdiyi qaydalar vaxtında atılmış bir addımdır. Bu qaydalara əsasən, cərimə sanksiyaları nəzərdə tutulub və tibbi göstəriş olmadan qeysəriyyə əməliyyatını həyata keçirəcək həkimlər və tibb müəssisələri cəzalandırılacaqlar”. Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O bildirib ki, dövlət müəssisələri ilə yanaşı, özəl tibb müəssisələrində də müxtəlif tibbi prosedurların həyata keçirilməsi üçün hər bir şərait yaradılıb: “Azərbaycanda 500-ə qədər tibb müəssisələrinə fəaliyyət göstərmək üçün lisenziya verilib. Səhiyyə Nazirliyi bütün tibb müəssisələrinə lazımi nəzarət etsə də, yayınma halları da müşahidə olunur ki, Milli Məclis tərəfindən qəbul edilən qanunvericilik aktları bu problemlərin aradan qaldırılmasına kömək edəcək”.

E.Ağayev vurğulayıb ki, dünyada qəbul olunmuş standartlara əsasən doğuşların 16%-nin qeysəriyyə əməliyyatları ilə aparılmasına icazə verilir: “Amma təəssüflər olsun ki, bundan bir qədər sui-istifadə halları artıb. Doğuşa gələn insanların əksəriyyəti qeysəriyyə əməliyyatlarına üstünlük verir”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə