Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyada iki “oğru ” klanı arasında dava
Rusiyada iki “oğru ” klanı arasında dava
31 Oktyabr 2013 / 13:54 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Rusiyada iki “oğru” klanı arasında baş verən qarşıdurma ölümlə nəticələnib. Rusiya mətbuatı xəbər verir ki, qanqsterlər arasında dava Armavirdə kafelərindən birində baş verib. Ded Xasan tərəfindən “taclandırılan” Ara Muradyanın Reziko adlı şəxslə mübahisəsi düşüb. Krasnodar vilayətinin nəzarətə götürən A.Muradyanın Olimpiya ilə bağlı aparılan tikintiləri də nəzarətində saxladığı xəbər verilir. A.Muradyan görüşdə Rezikodan Merab, Tariel Oniani, Tamaz, Zlak kimi tanınmış “qanuni oğru”lar barədə fikrini soruşub.

Reziko onları “oğru” kimi tanıdığını bildirib. Bu cavabın qarşılığında A.Muradyan adı çəkilən “qanuni oğru”ların ünvanına söyüş işlədib. Bundan sonra ikisi arasında dava başlayıb. Reziko xəsarət alıb. Bundan sonra kafeyə Dato və Artyomun müşayiəti ilə Zlak özü daxil olub. Reziko təhlükəsiz yerə aparılıb. Zlakın yanında gələnlər Ara da daxil olmaqla kafedəki şəxsləri döyüb. Bir nəfər aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, A.Muradyan 2012-ci ildə Krosnadar vilayətinə nəzarəti üzərinə götürüb. O, Soçi olimpiadasında aparılan tikinti işlərinin “kölgə drijoru” hesab edilir. “Qanuni oğru” hər yerdə bu işləri yüksək rütbəlilərin dəstəyi ilə apardığını elan etməklə “oğru” dünyasının diqqətini üzərinə çəkib. Onun həmçinin bölgədə narkotiklərin satışına nəzarət etdiyi də vurğulanır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə