Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı Metropolitenində təhlükəli anlar (FOTO)
Bakı Metropolitenində təhlükəli anlar (FOTO)
31 Oktyabr 2013 / 15:54 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Qatar hərəkət edərkən vaqonun qapısı açıq qalıb və qatar bu vəziyyətdə tunelə girib

Ötən gün saat 17:30 radələrində Bakı Metropolitenində sərnişinlər təhlükəli anlar yaşayıb. Oxucularımızdan birinin verdiyi məlumata görə, metronun “28 may” stansiyasından “Həzi Aslanov” istiqamətinə gedərkən qatarlardan birinin vaqonunda ciddi problem yaranıb.

Belə ki, vaqon qapılarından biri hansısa səbəbdən “28 may” stansiyasından sonra bağlanmayıb. Lakin qatar hərəkət edib. Qatar tunelin içərisində olarkən belə, qapı örtülməyib. Sərdar Sərdaroğlu adlı oxucu hadisənin fotosunu çəkərək bizə göndərib. Fotodan da görünür ki, qatar tuneldə sürətlə hərəkət edərkən qapı aralı qalıb.

Bakı Metropoliteninin mətbuat xidmətindən verilən əmlumata görə, belə hallar yolverilməzdir. Əslində bu böyük və ciddi nöqsandır. Bu halda böyük faciə baş verə bilər.

“Vaqonların qapıları tam bağlanması, qatar heç vaxt hərəkət etməz. Sürücü istəsə belə qatarı idarə edə bilməz. Yəqin həmin vaxt qatarda nasazlıq olub. Problem göstərilməyib. Yaxud da, qapının arasında nəsə qalıb. Müxtəlif səbə ola bilər. Şükür ki, heç bir faciə olmayıb. Belə halalr olduqda, sərnişinlər mütləq maşınıst ilə təcili əlaqə saxlasınlar”, – deyə metropolitendən bildirilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə