Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev: “Azad medianın inkişafı əsas şərtdir”
İlham Əliyev: “Azad medianın inkişafı əsas şərtdir”
31 Oktyabr 2013 / 17:20 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
“Əfsuslar olsun ki, dünya mediasında, o cümlədən Azərbaycanda da daha çox qanqaraldıcı xəbərlər ön plandadır, daha çox sensasiyalara, fəlakətlərə, terror aktlarına üstünlük verilir və medianı izləyərkən elə bir təsəvvür yarana bilər ki, dünya alovlanıb.
arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib. Prezident bildirib ki, halbuki dünyada nə qədər gözəl, müsbət hadisələr baş verir: “Əfsuslar olsun ki, onlar bir qədər arxa plana keçir. Və burada söhbət, əlbəttə ki, media nümayəndələrinin məsuliyyətindən gedir. Əgər biz dünyada əməkdaşlığı, sivilizasiyalararası dialoqu gücləndirmək istəyiriksə, biz bütün imkanlardan istifadə etməliyik”.
Dövlət başçısı hesab edir ki, dünyada baş verən müsbət hadisələr də medianın əsas mövzularına çevrilməlidir. Çünki belə olmasa, informasiya ancaq birtərəfli olacaq: “Əlbəttə ki, siyasətçilər bu məsələyə müdaxilə edə bilməzlər və Azərbaycanda azad media mövcuddur, burada heç bir müdaxilədən söhbət gedə bilməz. Sadəcə olaraq, vətəndaş kimi öz fikirlərimi bölüşmək istərdim və inanıram ki, medianın məsuliyyəti getdikcə artacaqdır. Buna görə hesab edirəm ki, məsuliyyətli yanaşma hər birimizin marağına xidmət göstərəcəkdir”.
Dövlət başçısı qeyd edib ki, Forumda bu gün qloballaşan dövrdə medianın aktual məsələləri müzakirə ediləcək: “Bu da dəyirmi masada çox böyük diqqət cəlb edir. Əlbəttə ki, bu da çox maraqlı mövzudur. Bilirəm ki, bu mövzu ilə bağlı müxtəlif fikirlər var və bu fikirlər arasında çox böyük fərq var. Bir tərəfdən, biz internet dünyasında yaşayırıq və bu böyük üstünlüyümüzdür. Qeyd etməliyəm ki, Azərbaycanda internet tam azaddır və əhalimizin 70 faizi internet istifadəçiləridir. Belə olan halda azad medianın inkişafı əsas şərtdir. Digər tərəfdən, qloballaşan dünyada hər bir sözün, hər bir informasiyanın təsiri də çox böyükdür. Və istənilən yerdə deyilən hər bir söz dərhal əks-səda verə bilər və bu gün insanlar daha çox informasiyanı, xəbərləri intertnet vasitəsilə alırlar və burada həm siyasətçilərin, həm media nümayəndələrinin, ictimai xadimlərin məsuliyyəti də ön plana çıxır”.

arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə